Ermənistan İstintaq Komitəsi bir sıra şirkətlərin fəaliyyətini faktiki idarə edən şəxslər tərəfindən saxta əsasların yaradılması, dələduzluq yolu ilə xüsusilə külli miqdarda oğurluq, çirkli pulların yuyulması, habelə vergidən yayınma ilə bağlı iş çərçivəsində eyni vaxtda 51 ünvanda axtarış aparıb, 11 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə yerli KİV Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Beş nəfər barəsində həbs qətimkan tədbiri seçilib, dörd nəfər axtarışa verilib. Bir nəfərlə bağlı məhkəməyə müraciət olunub. Daha bir şəxs ölkəni tərk etməməsi barədə yazılı öhdəlik imzalayıb.
Sorğu
Yeni dizaynımız necədir?