ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya, Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı İranla nüvə sazişi üzrə razılaşmanın əldə olunması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər.
Bu barədə mənbələrə istinadən "Axios" nəşri məlumat verib.
Nəşrdə bildirilir ki, bu son tarixə qədər razılıq əldə olunmasa, üç Avropa dövləti 2015-ci il İran razılaşmasına əsasən qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına "dərhal qayıtmaq" mexanizmini işə salmağı planlaşdırırlar
Mənbələrin məlumatına görə, avropalılar yaxın vaxtlarda İranla danışıqlara başlamaq niyyətindədirlər və Tehranı sanksiyalardan yayına biləcəyinə inandırmağa çalışırlar. Amma bunun üçün İslam Respublikası özünün nüvə proqramının sülhməramlı olduğunu sübut edəcək addımlar atmalıdır.
Xüsusilə, söhbət İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranın dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən aparılan monitorinqlərin bərpasından, eləcə də Tehranın sərəncamında olan 60%-ə qədər zənginləşdirilmiş 400 kq-a yaxın uranın ölkədən çıxarılmasından gedir.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası İranla nüvə sazişi üzrə danışıqları bərpa etməyə çalışır. Eyni zamanda, Ağ Ev rəhbəri İranın hələ də danışıqlar masasına qayıtmamasından məyusdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?