Gundemxeber.az » Dünya » İsraildə 3 nazir eyni anda istefa verdi
İsrailin “ŞAS” (pravoslav yəhudilərin maraqlarını təmsil edən ultra-dini siyasi partiya) partiyasından olan üç nazir istefa verib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.Baş nazir Benyamin Netanyahuya daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Marqi və dini işlər naziri Mixail Malkieli tərəfindən istefa ərizələri təqdim ediblər.
Bu sahələrə rəhbərlik edən və “ŞAS” partiyasını təmsil edən nazirlər istefa qərarını partiyanın hökumət tərkibindən çıxmaq niyyəti ilə əlaqələndiriblər. Partiya ortodoks yəhudi tələbələr üçün mövcud güzəştlərin saxlanılmasında israrlıdır.
Qeyd olunur ki, “ŞAS” nümayəndələri həmçinin səhiyyə naziri, əmək naziri və kənd təsərrüfatı nazirinin müavini vəzifələrini də icra edirlər. Gözlənilir ki, partiyanın digər üzvləri də gün ərzində həmkarlarının nümunəsini izləyərək istefa ərizələrini təqdim edəcəklər.
İsrail mediası xəbər verir ki, bütün bunlara baxmayaraq, “ŞAS” partiyasının deputatları koalisiyada qalacaq və hökumətə etimadsızlıq səsverməsini dəstəkləməyəcəklər. Qeyd edək ki, daha əvvəl “Yahadut HaTora” partiyası da hökuməti və koalisiyanı tərk edib./musavat.com
8-12-2022, 14:14
26-04-2018, 16:31
9-11-2017, 13:50
17-10-2018, 18:13
14-11-2018, 15:33
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?