Gundemxeber.az » Dünya » ABŞ Ukraynaya öz ehtiyatındakı "Patriot"lardan verməyə hazırlaşır
ABŞ prezident Donald Tramp Ukraynaya sürətlə silah tədarük etmək üçün ölkənin öz
ehtiyatlarından “Patriot” hava hücumundan müdafiə sistemlərini satmağı düşünür.
GUNDEMXEBER.AZ xəbər verir ki, məlumatı “The Guardian” Vaşinqtonun NATO-dakı xüsusi nümayəndəsi Metyu Uitakerə istinadən yayıbş.
Xüsusi nümayəndə prosesin yekunlaşma müddəti ilə bağlı dəqiq tarix deyə bilməyib. Lakin bildirib ki, ABŞ-ın artıq arsenalında olan Patriot sistemlərini satıb-satmayacağı ilə bağlı "davamlı söhbət gedir": "Biz heç vaxt ABŞ-ı strateji cəhətdən əlverişsiz vəziyyətə salmayacağıq və ehtiyacımız olan hər şeyə sahib olduğumuzdan əmin olacağıq. Eyni zamanda düşünürəm ki, biz hamımız Ukraynanın hazırda döyüş meydanında və şəhərlərini qorumaq üçün təcili ehtiyacı olduğunu anlayırıq".
GUNDEMXEBER.AZ
3-01-2019, 15:51
19-06-2025, 14:45
14-04-2025, 14:22
28-08-2013, 10:42
21-06-2024, 13:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?