Gundemxeber.az » Dünya » Ramzan Kadırov Bodrumda boğulmaqdan son anda xilas edildi – xəstəxanaya yerləşdirildi, sonra...
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyənin Bodrum bölgəsində dənizdə boğulma təhlükəsi ilə üzləşib.
Hadisə istirahət zamanı baş verib. Yerli mediada yayılan məlumatlara görə, Kadırov suya girdikdən sonra qəfil səhhətində problem yaranıb və boğulmaq təhlükəsi ilə qarşılaşıb.
Oteldəki personalın operativ müdaxiləsi nəticəsində Kadırov sudan çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin sabit olduğu bildirilir. Xəstəxanada bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra Kadırov evə buraxılıb.
Daha sonra o, Çeçenistana geri qayıdıb. Hadisə ilə bağlı Çeçenistan rəhbərliyindən və ya Rusiya rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Ramzan Kadırov son aylarda səhhəti ilə bağlı yayılan xəbərlərin fonunda ictimaiyyət qarşısında az görünür.
Gundemxeber.az
22-06-2020, 14:47
6-12-2014, 00:02
16-01-2018, 16:48
27-11-2017, 11:11
12-10-2018, 11:36
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?