Tailandda Kamboca ilə həmsərhəd bölgələrdə baş verən silahlı qarşıdurma zamanı azı 14 mülki şəxs və səkkiz hərbçi həlak olub, daha 140 nəfər yaralanıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tailand hökumətinin bəyanatında qeyd olunub.
Məlumata görə, 103 hərbçi yaralanıb. Sərhəd zonasından təxliyə edilən yerli sakinlərin sayı 139 600 nəfəri ötüb. Ən çox insan Sisaket, Surin və Ubonraçathani əyalətlərini tərk edib.
Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Oddar Myençey əyalətindəki mübahisəli sərhəd zonası yaxınlığında, Kamboca-Tailand sərhədində silahlı toqquşmalar baş verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?