Gundemxeber.az » Dünya » Çin hökuməti doğum səviyyəsini artırmaq üçün ailələrə maddi yardım göstərəcək
Çin hökuməti ölkədə üç yaşınadək hər uşağın ailəsinə ildə 3 600 yuan məbləğində (503 dollar - red.) sosial müavinətin veriləcəyini açıqlayıb.
Qeyd olunur ki, 2022-2024-cü illərdə doğulan uşaqların valideynləri müavinət üçün müraciət edə bilərlər. Artıq 20 milyondan çox ailənin sözügedən sosial yardımı alacağı gözlənilir.
Hökumət belə bir proqramın köməyi ilə ölkədə doğum səviyyəsini, eləcə də istehlak xərclərini dəstəkləmək niyyətindədir.
Qeyd edək ki, Çində ölkə əhalisinin sayı artıq üçüncü ildir ki, azalır.
1-08-2013, 17:20
12-09-2019, 11:23
10-10-2018, 13:33
31-07-2017, 21:31
20-10-2014, 12:57
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?