GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Britaniya və Fransanın Fələstin qərarı İsrailin xilası üçündür

Britaniya və Fransanın Fələstin qərarı İsrailin xilası üçündür

Tarix: 30-07-2025, 22:18 Bölmə :Dünya Baxış: 56


Qərb Netanyahunu müdafiə etməkdə getdikcə daha çox çətinlik çəkir.

Fransanın ardınca Böyük Britaniya hökuməti də Fələstin dövlətini tanıya biləcəyini elan edib. Baş nazir Kir Starmer bəyan edib ki, İsrail bəzi tələbləri yerinə yetirməsə, Britaniya sentyabrda Fələstini dövlət olaraq tanıyacaq.

Britaniyanın İsraildən 3 əsas tələbi var:

1. İsrail iki dövlətli həll variantını reallaşdıracaq uzunmüddətli sülh prosesinə sadiqlik,
2. Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün gərəkli addımları atmaq,
3. İordan çayının qərb sahilini ilhaq etməyəcəyini rəsmən açıqlamaq.

Xatırladaq ki, İsrail parlamenti keçən həftə İordan çayının qərb sahili ərazilərini – yəni Fələstin muxtariyyəti torpaqlarını – ilhaqa icazə verən qanun layihəsini qəbul edib. Britaniya hökumət başçısının bu bəyanatı BMT-də 3 günlük Fələstin konfransının davam etdiyi bir vaxtda, həmçinin Fransanın keçən həftə sentyabrda Fələstin dövlətini rəsmən tanıyacağı ilə bağlı bəyanatının ardınca gəlməsi diqqət çəkib.

Ancaq əsas məsələ odur ki, Böyük Britaniya İsrailin əsas dəstəkçilərindən biri olub və hələ 100 il əvvəl mandatlıq ərazi olaraq idarə etdiyi Fələstində İsrail dövlətinin yaradılmasında həlledici rol oynayıb. Digər tərəfdən, Böyük Britaniyanın Fələstin dövlətini tanıması Qərbdə ciddi təsir yaradaraq Avstraliya, Kanada, Yeni Zelandiya kimi hələ də Fələstini tanımayan dövlətlər üçün yol aça bilər.

Yeri gəlmişkən, Böyük Britaniya və Fransa ilə birlikdə hazırda BMT-də Fələstin dövlətini tanıyan ölkələrin sayı 150-yə çatıb. Qeyd edək ki, 1988-ci ildə mühacirətdə Fələstin Dövləti elan olunanda əksər müsəlman ölkələri, SSRİ başda olmaqla sosialist düşərgəsi Fələstinin müstəqilliyini tanıyıb. Ötən 35 il ərzində 140-a yaxın ölkə Fələstini tanıyıb. Son bir ildə İspaniya, Norveç, İrlandiya, Sloveniya və Ermənistan kimi bir çox ölkə Fələstin dövlətini tanımaqla bağlı qərar qəbul edib.

ABŞ başda olmaqla 40-a yaxın, əsasən Qərb dövləti və ABŞ-ın Uzaq Şərq müttəfiqləri olan Yaponiya, Cənubi Koreya, Tayvan, Myanma isə hələ də Fələstin dövlətini tanımır. Bunu daha çox münaqişənin davam etməsi və iki tərəf arasında siyasi razılaşma olmaması ilə izah edirlər. Vaşinqton özü də BMT-də keçirilən Fələstin konfransına qatılmayıb. Lakin bununla belə, prezident Tramp etiraf edib ki, Qəzzada vəziyyət pisdir, orada “uşaqlar acından ölür”.

Lakin Netanyahu hökuməti hələ də Qəzza müharibəsini dayandırmaq fikrindən uzaqdır. Əksinə, İsrail hakimiyyəti Fələstinin tanınması və BMT konfransı kimi addımların münaqişəni daha da uzadacağını və “sülhə maneə olacağını” düşünür.

Ancaq məsələ ondadır ki, həm Fransa, həm də Böyük Britaniyanın Fələstini tanımaqla bağlı hədəsi yaranmış mürəkkəb vəziyyətdən çıxış üçün İsrailə şans verməkdir. Çünki hazırda bir tərəfdən Qərb ölkələrinin, o cümlədən ABŞ-ın ictimai rəyində İsrail əleyhdarlığı sürətlə artır. Vətəndaş cəmiyyəti, hüquq müdafiə təşkilatları, tələbələr, siyasət adamları Qəzzada və İordan çayının qərb sahilində baş verənlərə görə İsrail hökumətini sərt tənqid edir, hökumətlərindən ciddi addım atmağı tələb edirlər. Artıq İsrail siyasətçiləri də etiraf edir ki, Netanyahunun Qəzza siyasəti İsraili təcridə aparır.

Bu mənada İsrailin ən böyük dəstəkçilərindən olan Fransa və Böyük Britaniyanın Fələstini tanıma hədə-qorxusu bir mənada vəziyyətdən çıxmaq üçün Netanyahu hökumətinə təzyiq cəhdidir. Çünki bu gün BMT-də qəbul olunmuş “Nyu York deklarasiyası” bu xəbərdarlığın nə qədər gerçək olduğunu göstərir.

ABŞ, İsrail Fransanın Fələstini tanımasını qınayır

Qəzzada və İordan çayının qərb sahilində davam edən işğal və zorakı məskunlaşma, fələstinlilərin zorakılıqla evlərindən qovulması dünya ictimai rəyini ciddi şəkildə ayağa qaldırıb. Hətta Almaniya kimi birmənalı İsrail müdafiəçisi dövlət hazırda İordan çayının qərb sahilində yəhudi məskunların dinc əhaliyə hücumlarını kəskin şəkildə tənqid edib. ABŞ-da isə son anket sorğusunda ölkə vətəndaşlarının 60 faizdən çoxu İsrailin Fələstin siyasətinə qarşı çıxıb. Yalnız 1/3-i İsraili dəstəkləyib, halbuki iki il əvvəl oktyabrda İsraili dəstəkləyənlərin sayı 55 faizdən çox olub.

İndi hər kəsə aydındır ki, Qəzzada zorakılığın artması ən çox İsrailin özünə zərər vurur. Habelə, müttəfiqləri indi Netanyahunu dəstəkləməkdə daha çox çətinlik çəkirlər. Bu mənada BMT-dəki Fələstin konfransı və Fransa, Böyük Britaniya kimi dövlətlərin Fələstin qərarları ən çox İsrailə və Netanyahu hökumətinə xəbərdarlıqdır. Çünki bu gediş İsrailin yalnızlaşması və təcridinə gətirə bilər.

Kənan Rövşənoğlu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərəb liderləri İsrailin Fələstin ərazilərinin ilhaqı planına ciddi reaksiya verib

    Ərəb liderləri İsrailin Fələstin ərazilərinin ...

    27-09-2019, 14:34

  • 
  • Kanada Fələstin dövlətinin BMT-də tanınmasını istəyir

    Kanada Fələstin dövlətinin BMT-də tanınmasını ...

    25-07-2025, 10:31

  • 
  • İordaniya İsrail-Fələstin münaqişəsində iki dövlət variantını dəstəklədiyini bəyan edib

    İordaniya İsrail-Fələstin münaqişəsində iki ...

    30-05-2019, 11:50

  • 
  • Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb - YENİLƏNİB-2

    Fələstində hərbçilərlə etiraz aksiyaçıları ...

    8-12-2017, 20:33

  • 
  • Pompeo: "ABŞ İsrailin Qərb sahillərində məskunlaşmasını qanunsuz hesab etmir"

    Pompeo: "ABŞ İsrailin Qərb sahillərində ...

    19-11-2019, 10:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu