Gundemxeber.az » Dünya » Stokholm məhkəməsi iordaniyalı pilotun diri-diri yandırılmasında iştirak edən İŞİD üzvünə hökm oxudu
İsveçin Stokholm dairə məhkəməsi İŞİD üzvü Osama Krayemi 2014-cü ildə iordaniyalı hərbçi pilotun vəhşicəsinə edamında iştirakına görə ikinci dəfə ömürlük həbs cəzasına məhkum edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Məhkəmə materiallarında qeyd olunub ki, 2014-cü ildə Rəqqa yaxınlığında ələ keçirilmiş iordaniyalı pilotu İŞİD üzvləri metal qəfəsdə diri-diri yandıraraq edam ediblər. Krayemin həmin qəfəsi müşayiət etdiyi və edam zamanı orada olduğu təsdiqlənib. O, hadisə yerində olduğunu inkar etməsə də, təqsirini qəbul etməyib.
Qeyd edək ki, Krayem bundan əvvəl 2015-ci ildə Parisdə və 2016-cı ildə Brüsseldə törədilmiş terror aktlarında iştirakına görə ömürlük həbs və əlavə 30 il azadlıqdan məhrumetmə cəzası alıb.
İsveçdəki məhkəmə prosesi başa çatdıqdan sonra o, Fransadakı həbsxanaya qaytarılacaq.
Krayem İsveçin Malmö şəhərində doğulub və böyüyüb. O, gənc yaşlarında radikallara qoşularaq Suriyaya gedib və İŞİD sıralarına qoşulub.
14-01-2016, 12:23
10-08-2014, 18:21
4-05-2016, 10:51
26-12-2014, 13:19
17-04-2014, 10:31
Sorğu
Yeni dizaynımız necədir?