Rusiyalı biznesmen Oleq Deripaska yuxusuzluğunun əvəzi olaraq bankir Oleq Tinkovdan 40 milyon rubl (835.4 min manat) təzminat qazanıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, sosial şəbəkədəki şərhlərdən birində istifadəçi Tinkovu Deripaska və Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə müqayisə edib. Cavab olaraq Tinkov: "Deripaska oliqarx və oğrudur, mən isə vicdanlı sahibkaram", - yazıb.
Deripaska bu ifadələrin silinməsini və təkzib edilməsini tələb etməklə yanaşı, mənəvi zərər üçün 1 milyard rubl (20.8 milyon manat), həmçinin əlavə 1 milyard rubl reputasiyasına dəymiş zərərə görə təzminat tələb edib.
Onun vəkilləri məhkəmədə bu tələbləri belə əsaslandırıblar: Deripaska üç il ərzində bu təhqiramiz sözləri təkrar-təkrar oxuyub, nəticədə yuxusuzluq və sağlamlıq problemləri yaşayıb.
Bu, iki iş adamı arasında davam edən məhkəmə çəkişməsinin artıq ikinci mərhələsidir. Daha əvvəl Krasnodar diyarının Ust-Labinsk məhkəməsi Tinkovdan 20 milyon rubl (417.7 min manat) tutulması barədə qərar çıxarmışdı. Lakin Rusiya Ali Məhkəməsi bu qərarı ləğv edib, səbəb isə Deripaskanın müraciətini düzgün instansiyaya etməməsi olub. Nəticədə iş baxılması üçün Reutov şəhər məhkəməsinə göndərilib.
Məhkəmə isə yalnız mənəvi zərərə görə 40 milyon rublun ödənilməsinə qərar verib, digər tələbləri isə rədd edib.
Tinkovun hüquqşünasları qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?