Gundemxeber.az » Dünya » Borrell Aİ-nin İsrailə qarşı mümkün tədbirlərini "pis zarafat" adlandırıb
Avropa İttifaqının keçmiş xarici işlər naziri Josep Borrell hesab edir ki, Aİ İsrailə qarşı onun “Horizon Europe” tədqiqat proqramında iştirakını sadəcə dayandırmaqdan daha sərt tədbirləri nəzərdən keçirməlidir.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, “EUobserver”ə müsahibəsində Borrel deyib: “Əgər bu, Avropa Komissiyasının İsrailin hərəkətlərinə verə biləcəyi yeganə cavabdırsa, deməli, bu, zarafatdır. Pis zarafatdır. Aİ-yə üzv dövlətlər bunu hətta təsdiq edə bilmədilər. Baş verənləri nəzərə alsaq, yəni bu onların bütün düşünə biləcəkləri budurmu? Görülə biləcək daha vacib işlər var".
Borrelin sözlərinə görə, AK İsraillə ticarət sazişinin dayandırılmasını nəzərdən keçirməlidir.
"Bir çox üzv dövlətlər sadəcə olaraq İsrailə qarşı sanksiyalar tətbiq etmək istəmir. Bu, reallıqdır", - Aİ diplomatiyasının keçmiş rəhbəri əlavə edib.
Gundemxeber.az
11-05-2013, 03:35
16-09-2020, 10:45
25-06-2024, 10:14
30-05-2025, 23:02
14-07-2014, 02:48
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?