Gundemxeber.az » Dünya » “Zəngəzur dəhlizinin eni 6 km olacaq” - İranlı ekspert
“İran mənbələrinin məlumatına görə, Zəngəzur dəhlizinin eni 6 km olacaq və Türkiyənin cənub-şərqindəki “David dəhlizi” ilə birləşdiriləcək”.
Gundemxeber.az xəbər verir ki, bu iddia ilə İrandakı anti-Azərbaycan qrupunun üzvlərindən biri olan ekspert Əhməd Kazemi çıxış edib.
Onun sözlərinə görə, sülh sazişi gələn il imzalanacaq.
“Əbu-Dabidə əldə olunmuş razılaşmalara əsasən, yekun sənədin 2026-cı il aprelin 24-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə İstanbulda imzalanması planlaşdırılır”.
Kazemi bundan başqa digər bir iddiasını da dilə gətirib: “Dəhliz doqquz iştirakçıdan ibarət beynəlxalq investisiya konsorsiumu tərəfindən idarə olunacaq. Gəlir aşağıdakı kimi bölüşdürülür: 40%- ABŞ, 30%- Ermənistan və Azərbaycan, qalan 30%-i isə hələ dəqiqləşməyib”./Redaktor.az
6-04-2022, 11:58
29-05-2018, 10:30
10-12-2015, 20:43
29-07-2025, 23:25
22-04-2021, 09:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?