GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “2 nazirlə bağlı elə ciddi faktlar ortaya çıxacaq ki...”

“2 nazirlə bağlı elə ciddi faktlar ortaya çıxacaq ki...”

Tarix: 11-01-2014, 20:11 Bölmə :Dünya Baxış: 892
 “2 nazirlə bağlı elə ciddi faktlar ortaya çıxacaq ki...”
Türkiyədə siyasi gərginlik parlamentində yumruq davasına çevrildi; Bilal Ərdoğan Bakıdan tapıldı; Ankaralılar “bu çirkabı xalq təmizlər” dedi; “Zaman” qəzeti Türkiyə prezidenti üçün “son çarəmiz” ibarəsini işlətdi

Türkiyədə 20 gündən artıqdır davam edən siyasi gərginlik parlamentə yumruq davasına səbəb olub. Yanvarın 11-də Hakimlər və Prokurorlar Yüksək Qurumunun Türkiyə məhkəmə sisteminə təklif etdiyi dəyişikliklərin müzakirəsi zamanı AKP-li və CHP-li millət vəkilləri yumruq davasına çıxıb. Hakim partiyanın təmsilçisi Zeyid Aslan müzakirələr keçirilən zalda masanın üzərinə çıxaraq Yarqıçılar Sendikasının başqanı Ömər Faruk Eminağaoğluna təpik vurub. Yada salaq ki, Zeyid Aslandan dəfələrlə parlamentin intizam komitəsinə şikayət edib. O, Türkiyə Böyük Millət Məclisində rəqib partiya üzvlərin və jurnalistlərə ünvanladığı söyüşlərlə məşhurdur.

Yanvarın 11-də baş verən davaya qadın millət vəkilləri də qoşulub. Onlarla millət vəkilinin eyni zamanda bir-birinin üzərinə yürüdüyü davada kişi millət vəkilləri qadınları güclə ayırıb.

Yada salaq ki, bir neçə gün öncə Türkiyənin mühakimə sistemində dəyişikliklər edilməsi üçün Hakimlər və Prokurorlar Yüksək Qurumu Təşəbbüslə çıxış edib. Qurumdan verilən açıqlamada bildirilib ki, düzəlişlər istintaq və məhkəmə prosesinin tam müstəqil aparılması, prosesin hökumətdən hər hansı asılılığının aradan qaldırılması üçün son dərəcə önəmlidir. İki günlük müzakirələrdən aydın görünür ki, proses hakim AKP-li millət vəkillərinin ürəyincə deyil.

Arslanın hücumu ilə üzləşən Eminağaoğlu “həyatımda ilk dəfə təpik yedim. Çox təəssüf ki, bu olay Türkiyənin Ali Məclisində baş verdi. Əgər bu Məclisdə demokratiya bu şəkildədirsə, kənarda olanları təsəvvür etmək məncə çətin deyil. Ancaq mən Türkiyədə normal mühakimə sistemini yaradılması üçün hər cür təzyiq və təhdidi qarşılamağa hazıram. Bu gün mənə vurulan təpik Türkiyə mühakimə sisteminə vurulan təpikdir. Bu işi sahibləri ilə bağlı bütün hüquqi yollara baş vuracağam”.

Yaşanan olaylar Cümhuriyyət Xalq Partiyasında ağır təpki ilə qarşılandı. CHP-li bir sıra millət vəkilləri sosial mediadakı hesablarında AKP-li həmkarlarını parlamentdə özlərini küçə uşaqları, qoçu, cinayət dəstəsi üzvləri kimi aparmaqda suçladı.

Ötən gün Türkiyə-Azərbaycanın mediasının ortaq projesi – Bilal Ərdoğan axtarışları nəticə verib. “Yeni Müsavat”ın bir neçə gün öncə yazdığı kimi, Türkiyə baş nazirinin kiçik oğlunun izi Azərbaycanda tapılıb - bir neçə gün Bakıdakı “Qafqaz City” otelində qalan kiçik Ərdoğan ötən gün oteli tərk edib. Yerli mediamız xəbər verdi ki, Bilal Ərdoğanın “Qafqaz City” də qalması faktını oteldəki qaynaq təsdiq edib.

Bildirək ki, 17 dekabr Böyük Rüşvət əməliyyatında şübhəli şəxs kimi adı keçən Bilal Ərdoğan haqqında İstanbul Baş Prokurorluğunun yanvarın 2-də məcburi istintaqa gəlmə qərarı var. O, istintaq prosesinə korrupsiyada, qanunsuz silahlı dəstə yaratmada, həmin dəstəyə üzvlükdə şübhəli şəxs olaraq çağırılıb. Ancaq Bilal Ərdoğan bu çağırış imzalanandan dərhal sonra İstanbulu tərk edib. Bununla yanaşı, həmin çağırış sənədini imzalayan prokuror Müammer Akkaş işdən çıxarılıb. Bilal Ərdoğanın bir müddət Artvində qaldığı, daha sonra isə Azərbaycana gəldiyi iddia olunur.

Türkiyədə siyasi gündəmin getdikcə gərginləşməsi həm də vətəndaş etirazlarının yüksəlməsinə səbəb olub. Yanvarın 11-də paytaxt Ankarada onminlərlə insanın qatıldığı etiraz aksiyaları keçirilib. “Bu çirkabı xalq təmizlər”, “Pozulmuş düzəndə yaxşı çarx olmaz” pankartları ilə Ankara küçələrinə çıxan əsasən işçi, mühəndis, həkim, memarlardan ibarət etirazçılar hakim AKP-nin ünvanına sərt mesajlar səsləndirib.
Etiraz aksiyalarında çıxış edən həmkarlar təşkilatlarının rəhbərləri AKP-nin “ayaqqabı qutusu” siyasətinin Türkiyəni böhrana sürüklədiyini deyib. Onların sözlərinə görə, xalqı dinləməyən və korrupsiyaya, rüşvətə qurşanan hakimiyyət təmsilçiləri ədalətli qaydada mühakimə edilməlidir.

Gəzi Parkı olaylarını yada salan aksiya iştirakçıları harın məmurların öz vətəndaşlarına qarşı ən amansız şəkildə hücum etməsinin, gənc Türkiyə vətəndaşlarının qurban getməsinin AKP-nin tarixində qara ləkəyə dönəcəyini və heç zaman silinməyəcəyini deyib.

Aksiyaya toplaşanlar baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla AKP təmsilçilərinin olayları “paralel dövlətdə” axtarmaq cəhdlərini düşdükləri çirkabı başqalarının üzərinə yaxmaq istəmələri kimi qiymətləndirib.

Türkiyənin ünlü köşə yazarlarından Abdurrahman Dilipak son köşəsində
ilginc bir iddia ilə çıxış edib. Müəllif iddia edir ki, yaxın günlərdə AKP-nin bu gün görəvdə olan 2 naziri ilə bağlı elə ciddi faktlar ortaya çıxacaq ki, onların fonunda 17 dekabr Böyük Rüşvət əməliyyatı kiçik bir cinayət kimi görünəcək: “Kasetlər, sənədlər havada uçacaq. AKP var gücü ilə durumdan çıxmaq üçün çabalayacaq. Bu durumdan çıxa bilsələr hətta ölkədə fövqəladə vəziyyət elan edib 30 mart bələdiyyə seçkilərini də təxirə sala bilərlər. Ancaq çox çətin olacaq. Bu, mənə hətta mümkünsüz görünür”...

“Hizmət hərəkatı”na yaxın “Zaman” qəzetinin yazarı Mümtazer Türkönə bugünkü yazısında “Prezident Gül təkəri partlayan yük maşınını durdura biləcəkmi”, - sualına cavab axtarıb. Müəllif yazır ki, Türkiyəni bu böhranlı günlərdən çıxara biləcək şəxs prezident kürsüsünə sahib olan şəxsdir: “Prezident sahib olduğu səlahiyyətlərdən istifadə edərək heç olmasa yandakı kresloya keçə bilər və mühərrik qutusunu yavaş-yavaş çəkib yük maşınını saxlaya bilər. Prezident dövlətin başçısıdır. O, öz kürsüsündən Türkiyə Cümhuriyyətinin və Türk millətinin birliyini təmsil edir. Prezident Ana Yasanın tətbiqinə, dövlət orqanlarının qanuni və düzənli işləməsinə nəzarət edir. Prezident dövlət orqanlarının işinə hər hansı müdaxilə olarsa o müdaxilələri durdurmaq səlahiyyəti olan tək vəzifə sahibidir. Prezident siyasi kapitalı, davranış və üslubu ilə tam bügünlərə uyğun bir şəxsiyyətdir. Həm də son çarəmizdir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Böyük Millət Məclisində dava

    Türkiyə Böyük Millət Məclisində dava ...

    4-08-2014, 23:20

  • 
  • Onlar Kılıçdaroğlunun istefasını tələb edirlər

    Onlar Kılıçdaroğlunun istefasını tələb edirlər ...

    12-08-2014, 18:48

  • 
  • Məhkəmə Ərdoğanın Kılıcdaroğluna qarşı iddiasını təmin etmədi

    Məhkəmə Ərdoğanın Kılıcdaroğluna qarşı iddiasını ...

    22-01-2016, 12:58

  • 
  • Türkiyə bundan sonra nəyi gözləyəcək?

    Türkiyə bundan sonra nəyi gözləyəcək? ...

    2-04-2014, 11:26

  • 
  • CHP millət vəkili : “Azərbaycanı təbrik edirəm”

    CHP millət vəkili : “Azərbaycanı təbrik edirəm” ...

    15-08-2014, 12:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu