Suriya Prezidenti Əhməd aş-Şaraə bildirib ki, Suriya ilə İsrail arasında təhlükəsizlik məsələləri üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
Gundemxeber.az xəbər verir ki, Əhməd aş-Şaraə deyib: “Biz ikitərəfli razılaşmalara doğru irəliləyiş əldə etmişik. Hazırda müzakirə olunan razılaşma təhlükəsizlik və stabilliyi təmin etmək məqsədi daşıyır”.
Əhməd aş-Şaraə həmçinin vurğulayıb ki, tərəflər regionda gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası üçün əməkdaşlığı davam etdirəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?