Ermənistan ərazisindən keçəcək “Tramp marşrutu”nun 99 illik icarəsi ilə bağlı yayılan məlumatlar hələlik heç bir reallığa uyğun deyil.
Gundemxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Niyə hələlik deyirəm? Çünki bir daha qeyd etmək istəyirəm ki, razılaşmalar yalnız yazılıb dərc edilən sənədlərlə bağlıdır. Vaxt və texniki detallar hələ müzakirə olunmalıdır”, - deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, infrastrukturun keçəcəyi torpaq Ermənistan Respublikasına məxsus olacaq və ölkə bu marşrutun üzərində nəzarət və təhlükəsizliyi təmin edəcək.
ABŞ və Ermənistan tikinti, idarəetmə və iqtisadi menecment üçün üçüncü tərəf tərəfdaş seçəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?