Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
Məlumatda, həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 3 000 nəfərdir.
Ölü sayının artacağı istisna edilməyib.
Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanın şərqində altı bal gücündə zəlzələ olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?