Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 457 nəfərə çatıb, ən azı 3 394 əfqan isə yaralanıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" hesabında məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6 782 ev dağılıb. Qeyd edək ki, daha əvvəl Əfqanıstan hakimiyyəti 1411 ölən və 3124 yaralı barədə məlumat vermişdi. Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.
Sorğu
Yeni dizaynımız necədir?