İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Nəbatiyə bölgəsinə endirilən zərbə nəticəsində Livan ərazisində silahların hazırlanması və istehsalında iştirak edən "Hizbullah" silahlı qruplaşmasının üzvü Məhəmməd Əli Yasinin öldürüldüyünü bəyan edib.
Bəyanata görə, Yasin qruplaşmanın hərbi fəaliyyətində aktiv iştirak edib və İsrailin təhlükəsizliyinə təhdid yaradıb.
IDF qeyd edib ki, onun fəaliyyəti, həmçinin İsrail və Livan arasındakı mövcud razılaşmaları pozub.
"IDF İsrail Dövlətinə qarşı istənilən təhdidin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək", - rəsmi bəyanatda deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?