Rusiya Dövlət Dumasında "İşgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyası"nın, həmçinin ona əlavə olunmuş protokolların denonsasiyası barədə qanun yekdilliklə qəbul edilib.
Gundemxeber.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Bildirilir ki, müvafiq sənəd daha əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim olunub.
Qeyd edək ki, "İşgəncənin qarşısının alınması haqqında" Avropa Konvensiyası Avropa Şurası tərəfindən 1987-ci ildə qəbul olunub və 1989-cu ildə yeddi dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minib. 1993-cü ildə Konvensiyaya iki əlavə protokol qəbul edilib və onlar 2002-ci ildə bütün iştirakçı ölkələr tərəfindən ratifikasiya olunaraq Konvensiyanın ayrılmaz hissəsinə çevrilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?