Gundemxeber.az » Dünya » Səhifə 738
Gürcüstanda son sutka ərzində daha 919 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
Qırğızıstan təhlükəsizlik qüvvələri sabiq prezident Almazbek Atambayevi həbs edib. Qanunvericilər isə mübahisəli parlament seçkiləri ilə bağlı caxnaşma davam etdiyi bir vaxt yeni höküməti müzakirə etmək üçün bir araya gəliblər.
Bu gün ölkəmizdə çoxları narahatdır, Moskvadakı atəşkəs razılaşmasına görə. Təbiidir, danışıqlara kimsə inanmır, düşmənin güc toplamaq üçün fürsət qazanacağından ehtiyatlanır. Necə ki, elə bu gün Gürcüstanda Ermənistana silah-sursat daşıyan yük maşını saxlanılıb, Rusiya radiosu Laçın dəhlizinə yerləşdirilən PKK-çılar barədə məlumatlar yayıb.
Ermənistan ordusu təcili tibbi yardım avtomobillərindən komanda-idarəetmə vasitəsi kimi istifadə etməyə başlayıb.
İspaniyanın Sosialist hökuməti məhkəmənin məhdudiyyətlərin qaldırılması qərarından sonra Avropanın COVID-19-un qaynar nöqtələrindən biri olan və bir neçə milyon insanın yaşadığı Madrid şəhərində və ətraflarıında cümə günü yenidən fövqəladə vəziyyət elan edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin cümə günü Moskvada keçirilən danışıqlardan sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşməyi planlaşdırmır.
Türkiyənin Vaşinqtondakı diplomatik nümayəndəliyinin rəhbəri amerikalı mütəxəssislərə Ermənistanın Cənubi Qafqazdakı cinayətkar siyasətindən bəhs edib.
ABŞ mətbuatı xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi və konqresmen demokrat Ceymi Raskin Prezident Donald Trampın fiziki və psixi sağlamlığını qiymətləndirmək üçün xüsusi komissiyanın yaradılması barədə qanun layihəsini hazırlamağa başlayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?