GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyanın gömülməsi üçün atəşkəs razılaşması

Paşinyanın gömülməsi üçün atəşkəs razılaşması

Tarix: 10-10-2020, 17:47 Bölmə :Dünya Baxış: 321
Paşinyanın gömülməsi üçün atəşkəs razılaşması


Bu gün ölkəmizdə çoxları narahatdır, Moskvadakı atəşkəs razılaşmasına görə. Təbiidir, danışıqlara kimsə inanmır, düşmənin güc toplamaq üçün fürsət qazanacağından ehtiyatlanır. Necə ki, elə bu gün Gürcüstanda Ermənistana silah-sursat daşıyan yük maşını saxlanılıb, Rusiya radiosu Laçın dəhlizinə yerləşdirilən PKK-çılar barədə məlumatlar yayıb.

Çoxumuz narahatıq ki, işğalçıya nəfəs dərmək üçün imkan verilməsi əleyhimizə işləyə bilər. Ancaq ən yaxşısını inandığımız güvəndiyimiz Ali Baş Komandan bilir. Necə ki, “biz hansı qərarın nə zaman verilməsini yaxşı bilirik”, demişdi və əks-hücum qərarını da verdi, 30 ilə yaxındır böyük qələbələrə həsrət xalqımıza zəfərlər bəxş etdi. Davamının gələcəyinə zərrə qədər şübhəmiz yoxdur.

Bütün savaşların gedişində belə fasilələr olur. Hətta qılınc-qalxanla döyüşlərin olduğu zamanlarda meyitlərin yığışdırılması üçün şans verilib. Odur ki, Bakı sülhpərvər siyasətini, humanizmə sadiqliyini növbəti dəfə nümayiş etdirdi, dünya gücləri onu ittiham etməsin deyə. Ancaq Azərbaycan dövləti əmindir ki, Moskva danışıqları 11 saat yox, lap 11 gün də çəksəydi belə, bu müzakirələr Qarabağı Azərbaycana qaytarmayacaqdı.

Tarixi faktlar, gerçəkliklər də var axı. Eks-prezident Ayaz Mütəllibov danışırdı ki, 1991-ci ildə Xankəndidən bir heyət gəlibmiş Bakıya, imzalı müraciətlə. Ki, biz Qarabağ erməniləri Bakının tabeçiliyində yaşamaq istəyirik, bizi daşnakların, saqqallıların əlindən xilas edin. Qayıdandan sonra həmin heyətin iki üzvü Xankəndinin ortasında güllələnir.

1992-ci ilin mayında prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda Levon ter-Petrosyanla sülh danışıqları aparırdı. Elə danışıqların gedişində Şuşanın işğal olunması xəbərini almışdı.

2016-cı ilin aprel döyüşləri nə zaman başladı? BMT Baş Assambleyasının nüvə təhlükəsizliyi sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılırdı. Ermənistan qəfildən hücuma keçdi, aprel döyüşlər başladı...

Elə bu ilin əvvəllərində həmsədrlər humanitar əlaqələrin vacibliyindən dəm vurmağa başladılar, gəliş-gediş olsun, ziyalılar, jurnalistlər, daha nələr...Əvəzində düşmən Tovuz istiqamətindən hücuma keçdi.

Odur ki, 2020-ci ilin 9-10 oktyabr Moskva görüşü də heç nəyi dəyişməyəcək, narahat olmayın. Moskva razılaşmasından əvvəl BMT qətnamələri, Avropa Parlamentinin, Avropa Şurasının sənədləri var. Necə ki, prezident demişdi, Ermənistan beynəlxalq hüququ gözləmirsə, biz niyə gözləməliyik?

Atəşkəs saat 12.00-dan elan olunsa da, düşmən dinc əhalimizə mərmilər yağdırmaqda davam edir, üstəlik, Azərbaycanı suçlu çıxartmaqla. Belə görünür ki, xalqımızın savaş arzusunu elə işğalçı özü çin eləyəcək, əsgərimizin Şuşa intizarına son qoymaq üçün tezliklə şans yaradacaq. Saat 13 radələrində “Yeni Müsavat”ın cəbhə bölgəsindəki əməkdaşı Elşən Məmmədəliyevlə danışdım, dedi bu dəqiqələrdə Tərtərə mərmilər atırlar, gedirəm çəkiliş aparmağa. Dünya ölkələrinə əl açıb, onların ayaqlarına düşüb atəşkəs əldə olunmasını istəyən düşmən yenə də təxribatlarından əl çəkmir. Özü də saxtakarlığını davam etdirir. Təsəvvür edin, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi saat 12.12-də açıqlama verir ki, Azərbaycan Qafan rayonunu atəşə tutub. Elə həmin rəsmi 16 dəqiqə sonra açıqlama verib öz dediyini təkzib edir. Bu qədər həyasızdırlar.

Təxribat edəcəklərsə, cavabları qat-qat artıq olacaq. Qoy gəlib meyitlərini yığışdırsınlar. İndiyədək cəmi 404 ölü açıqlayıblar, leşlərini yığıb aparsınlar, erməni xalqı görsün nə boyda fəlakətə tuş gəliblər. Bəlkə də Rusiya məqsədli şəkildə, erməni xalqının Paşinyanı diri-diri basdırması üçün meyitlərin dərələrdən yığışdırılmasını istədi. Axı, İrəvan itkiləri gizlədirdi.

Qəhrəman Azərbaycan ordusu 27 sentyabrdan etibarən düşmən təxribatlarına cavab olaraq əks hücum əməliyyatları ilə 30 ilə yaxındır işğal altında olan torpaqları azad etdi. Ancaq başqa bir qələbəmiz də var. Bu, diplomatiya sahəsində əldə olunmuş qələbədir. Xatırlayırsınız yəqin, ABŞ, Rusiya, Fransa rəsmiləri dünyadakı münaqişə ocaqlarından danışanda, yaxud beynəlxalq institutlar konfliktlərlə bağlı qətnamələr, qərarlar qəbul edəndə Dağlıq Qarabağı kənarda saxlayırdılar, bu məsələnin digərlərindən “fərqləndiyini” iddia edirdilər. Məsələn, Cənubi Osetiya, Abxaziyada Rusiya qoşunlarının çıxarılmasını tələb edən güclər Ermənistanın qarşısında bu tələbi qoymurdular, Dnestryanı məsələsində açıq və konkret mövqe sərgiləyən paytaxtlar Qarabağ məsələsinə toxunmurdular.

Üstəlik, ABŞ, Rusiya, Fransa az qala bütün məsələlərdə bir-biri ilə konfliktdə olduqları halda, Qarabağ məsələsinə yanaşmada birləşdilər, bu məsələdə onların arasında fikirayrılığı olmadı, hətta 1993-cü ildə Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsini nəzərdə tutani BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səs verdikləri halda, sonradan Baş Assambleyada Azərbaycanın ərazi bütövlüyü məsələsində bitərəf (!) qaldılar. Bütün bunlara görə Ermənistan üstümüzə gəldi, quduzlaşdı, azğınlaşdı.

Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti de-fakto əlimizdən alınmış, “beynəlmiləlləşdirilmiş” Qarabağı, Qarabağ məsələsini Azərbaycana qaytardı. Hücum diplomatiyası öz sözünü dedi. Prezident qəti iradəsi ilə nümayiş etdirdi ki, Qarabağ məsələsində söz sahibi Azərbaycandır, kimsə bizə nağıllar danışmasın! Bitdi bu mərhələ! Daha heç kim cürət eləyib “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, deyə bilməz, çünki Azərbaycan prezidenti hər çıxışında, dünyaya və xalqa müraciətində “Qarabağ Azərbaycandır” dedi və torpaqlarımızın azadlığı uğrunda haqq mübarizəsinin dayandırılmayacağını bəyan etdi. İndi qalır şanlı ordumuzun bu, ali vəzifəni sonadək icra etməsi! O gün yaxındadır, inşallah!/musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

    Ermənistan Rusiyadan silah almağa başladığını ...

    4-05-2016, 11:28

  • 
  • Ermənistan rəsmi şəkildə yalvarmağa başladı - Atəşkəs imzalansın

    Ermənistan rəsmi şəkildə yalvarmağa başladı - ...

    2-10-2020, 16:50

  • 
  • Rusiya açıqladı: Suriyada atəşkəs 18 dəfə pozuldu

    Rusiya açıqladı: Suriyada atəşkəs 18 dəfə pozuldu ...

    22-01-2017, 16:04

  • 
  • Rusiya İŞİD-i darmadağın etdi

    Rusiya İŞİD-i darmadağın etdi ...

    2-09-2017, 12:14

  • 
  • ABŞ-ın hücumundan heç bir şübhəmiz yoxdur - Zaxarova

    ABŞ-ın hücumundan heç bir şübhəmiz yoxdur - ...

    18-03-2017, 01:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu