Gundemxeber.az » Dünya » Səhifə 860
Bu gün Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edəcək. Bu, Putinin məxməri inqilab baş verdikdən sonra Ermənistana ilk səfəri olacaq. Səfər İrəvan və Ermənistanın bütün siyasi mühiti üçün mühüm əhəmiyyət daşıyır.
Ermənistanda sentyabrın 29-da yezidi “ Tovuz mələk və yeddi mələk” ibadətgahının açılışını Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan öz “Facebook” səhifəsində “rəmzi və məntiqli” adlandırılıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman deyib ki, beynəlxalq ictimaiyyət İrana qarşı sərt mövqe tutmasa, neft qiymətləri misilsiz səviyyəyə yüksəlməklə yanaşı, gənginliklər daha da dərinləşəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanması və bu barədə Prezident Vladimir Putinlə müzakirə aparması son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Xüsusən, bəzi media orqanlarında Türkiyənin Rusiyadan aldığı silahları onun özünə qarşı istifadə etməsi ehtimalı haqda
Somalinin paytaxtı Moqadişu yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin bazası və Avropa İttifaqının hərbi konvoyuna hücum təşkil edilib.
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin şəxsi mühafizəçisi qətlə yetirilib.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani oktyabr ayında parlamentdə çıxış edəcək.
Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 30-dan oktyabrın 1-dək Ermənistanda səfərdə olacaq.
Ərəb liderləri İsrailin seçkilərdən sonra Fələstin ərazilərinin ilhaqı planına ciddi reaksiya verib. İordaniya kralı Abdulla, Misir prezidenti Əbdel Fəttah Əl-Sissi və İraq prezidenti Bərham Saleh qərarı pisləyib.
Bu gün Londonda Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib. İclasda Vestminister şəhər məhkəməsi qərarı açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?