Gundemxeber.az » Xəbərlərin siyahısı: Fevral 2017 illər » Səhifə 15
Müğənni Rəqsanə İsmayılova eks-sevgilisi Faiq Azayevin həbs edilməsi xəbərinə münasibət bildirib.
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı üçün tarixi hadisədir.
Banqladeş əsilli müsəlman İngiltərə vətəndaşı Məhəmməd Juhel Miah İslandiyanın paytaxtı Reykyavikdən ABŞ-ın Nyu York şəhərinə uçan reysə buraxılmayıb.
NASA bu gün mətbuat konfransı keçirərək, Günəş sistemindən kənarda tapdığı yeni kəşfləri açıqlayacaq.
Tovuzda dərman zəhərlənməsi olub. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1995-ci il təvəllüdlü Qurbanova Nərmin İlqar qızı dərman zəhərlənməsi diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ukrayna fevralın 20-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazisində keçirilmiş “konstitusiya referendumu”nu tanımır və onu qeyri-legitim hesab edir. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
Bakı sakinləri toyuq ətinin son günlərdə bahalaşdığını bildirirlər. Toyuq ətinin qiyməti 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi xüsusilə toyuq filesində, yəni döş ətində nəzərə çarpır.
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Suriyanın Rakka şəhərində İŞİD terrorçularına qarşı birgə vuruşmaq təklifini cavablandırıb.
Bakıda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin salonunun və mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?