Banqladeş əsilli müsəlman İngiltərə vətəndaşı Məhəmməd Juhel Miah İslandiyanın paytaxtı Reykyavikdən ABŞ-ın Nyu York şəhərinə uçan reysə buraxılmayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Belə ki, hava limanın əməkdaşları onun müsəlman olduğunu öyrəndikdən sonra əvvəlcə geyimlərini çıxarıblar və daha sonra onun üzərində yoxlanış aparıblar. Müsəlman sərnişin isə bu olaydan dərin sarsıntı keçirdiyini bildirərək özünün günahsız olduğunu deyib: “Bütün qaydalara əməl etdim. Amma yenə də mənimlə cinayətkar kimi davrandılar. Əsla cinayət törətməmişəm. Şok keçirdim. Bunun baş verdiyinə inana bilmirdim. Özümü gücsüz hiss etdim. Hədəfdə olsam da, buna qarşı heç nə edə bilmirdim. Adımın Məhəmməd olması öyrənildikdən sonra bütün bunlar baş verdi”. Qeyd edək ki, ABŞ lideri Donald Tramp 7 müsəlman ölkəsi ilə bağlı səyahət qadağasının tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?