Xəbər verdiyimiz kimi, bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə bütün ölkə gündəmində olan məhkum Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxıldı.
“Qafqazinfo”nun hazırda Lamiyənin Şəmkirdəki evində olan əməkdaşının verdiyi məlumata görə, keçmiş məhbusu rayonda qohumları, qonşuları qarşılayıb.
Lamiyənin ayağının altında qurbanlıq qoyun kəsilib. Lamiyə Quliyevanın Şəmkirdəki evindən şəkilləri təqdim edirik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?