Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyinə görə həbs həyatı yaşamış Lamiyə Quliyeva Türkiyəyə köçüb.
gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, həbsdə ana olması məhkəmə tərəfindən nəzərə alınaraq azadlığa buraxılmış L.Quliyeva Türkiyədə işləyir.
L.Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin sabiq başçısının oğlunu öldürüb.
Həbs müddəti 2013-cü ildə başa çatsa da, CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.
Lamiyənin nişanlısı Vüqar isə ömürlük məhkumdur və Qobustan həbsxanasında başqa qadınla evlənib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?