Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiyalaşmış fəaliyyəti barədə prezidentə heyrətamiz müraciətlər ünvanlanır Arzu Rəhimovla Novruzəli Orucovun adı “niqodnı” bilet alverindən tutmuş büdcə pullarını talan etməyə qədər qarışıb; rəis vitse-prezidentlik ambisiyasında, müavini haqda isə inanılmaz iddialar var Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiyalaşmış bir quruma çevrilib. Ölkədə reputasiyası bərbad olan idarələrdən biri kimi ad çıxarmış SHXÇDX-da kök salmış şəbəkə var gücü ilə işləyir. Eynilə MTN quldurlarının rüşvətxor fəaliyyətindən fərqlənməyən Xidmətdən ciddi narazılıq var. Dövlət rəhbərliyinin də ciddi şəkildə narazı qaldığı bir qurum olan Səfərbərlik Xidməti nun funskiyaları ASAN Xidmətə verilə bilər. Qurum ASAN Xidmətə verilsin Bu islahat şəffaflığın təmin olunması üçün mühüm inqilabi dəyişiklik hesab edilə bilərdi. Məlumatlara görə, prezidentə vətəndaşlar tərəfindən müraciətlər ünvanlanır. Xahiş olunur ki, bu qurum ləğv edilsin, səlahiyyətləri ya Müdafiə Nazirliyinə ya da ASAN Xidmətə verilsin. İnsanlar inanır ki, dövlət başçısı hər sahədə olduğu kimi bu sektorda da korrupsiyaya qarşı mübarizəni gücləndirəcək, neqativ halları aradan qaldıracaq. Eyni zamanda şəffaflıq təmin ediləcək. Onların sözlərinə görə, hazırkı rəhbərliklə hər hansı problem həll etmək mükün deyil. Mənbə qeyd edir ki, Azərbaycanda struktur islahatları gündəmə gəlib. Hökumət açıq şəkildə bəyan edib ki, qənaət rejiminə keçid olunub. Bu da bir çox dövlət qurumlarının ləğvi ilə yanaşı təkrar strukturların birləşdirilməsini aktuallaşdırıb. Xidmətin adı “niqodnıy bilet” alverindən tutmuş yeyintilərə qədər qarışıb. Bu barədə “Gündəm-Xəbər”in Araşdırma Qrupunun yaydığı məlumatlarda qeyd olunub. Xəbər verilir ki, son günlər Xidmət rəisi, general Arzu Rəhimov və müavini, general Novruzəli Orucov haqda müxtəlif məlumatlar yayılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir. SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilir. Xidmətin mətbuat xidməti isə susqunluq nümayiş etdirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə (SHXÇDX) olan ümidlər korrupsiya bataqlığında batır. Hərçənd bu qurum yarananda hərbi ekspertlərin böyük bir qismi çağırış sistemində nəhayət ki, müsbət dəyişikliklərin olacağına dilə gətirirdilər. Bir birinin ardınca gələn xəbərlər isə deməyə əsas verir ki, vəziyyət nəinki müsbətə dəyişib, hətta bir qədər də biabırçı hala düşüb. “Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, A.Rəhimovun vitse-prezidentlik ambisiyaları olub. Amma onun istəkləri ürəyində qalıb. Xidmət rəisi namizədlərin həndəvərinə belə buraxılmayıb. Çünki A.Rəhimovun siyasi təcrübəsi yoxdur. Həmçinin, bu posta layiq namizədlər var. Amma Xidmət rəisi martın sonuna qədər təyinatlar olacağını eşidər-eşitməz əlaqələrini işə salıb. 2016 yeyintiləri rəqəmlərlə Təkcə 2016-cı il dövlət büdcəsində “Müdafiə”bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib. Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda hansı maxinasiyalarla dövlət vəsaitinin mənimsənilməsinin aşkar faktlarına toxunacayıq. İlk olaraq onu bildirək ki, əlimizdə olan sənəddə SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib. Məbləğ o qədər də böyük deyil, amma paradoksaldır. Çünki apardığımız araşdırma nəticəsində öyrəndik ki, artıq neçə ildir ki SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Elə isə, büdcədən ayrılan 22 min 500 manat hara yönəldilir? Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Məbləğ adı görünə bilər. Amma bu rəqəm 4 il əvvəlki ilə müqayisədə fantastikdir: 38 dəfə çox!!! 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsait ayrılıb. Halbuki, 4 il əvvəl dövlət büdcəsi bu ilki kimi qənaətcil formalaşmamışdı. Novruzəli Orucova heyrətamiz ittihamlar Bu arada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovla bağlı ilginc məlumat daxil olub. Bir qrup Qarabağa müharibəsi iştirakçısı adından yazıldığı bildirilən məktubda N.Orucovun öz keçmişi ilə bağlı məlumatları saxtalaşdırdığı qeyd edilir. Onun tərcümeyi-halında göstərildiyi kimi döyüşlərdə iştirak etmədiyini iddia edən məktub müəllifləri bildirirlər ki, rəis müavini məlum olmayan səbəblərdən özünü keçmiş döyüşçü kimi qələmə verir: “Nədənsə bunlarda belə təəssürat var ki, hərbi sistemdə işləyirsə mütləq müharibədə iştirak etdiyi görüntüsünü yaratmalıdırlar. Halbuki, istənilən vəzifədə təmsil olunmaq üçün döyüş təcrübəsi yox, bilik, savad, bacarıq lazımdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi sistemdir, lakin burada da N.Orucovun tutduğu vəzifəni tutmaq üçün döyüşçü olmaq vacib deyil. Buna baxmayaraq, nədənsə adıçəkilən şəxs özünün haqqında məlumatları saxtalaşdıraraq guya Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirir. Halbuki, biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib. Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”. Generalların nüfuz savaşı Mətbuat yazıb ki, əslində SHXÇDX daxilində ciddi qarşıdurmalaırn olduğu sezilir. Son günlər Arzu Rəhimovun müavini general Novruzəli Orucovun keçmişi barədə ilginc məlumatların da yayılması buna əsas verən arqumentlərdən biridir. General Orucova hakimiyyətin yuxarı dairələrindən kimsə Arzu Rəhimovun yerinə keçə biləcəyi ilə bağlı işarə verib. Deyilənə görə, məhz bu işarədən sonra general özünü Arzu Rəhimovun yerində «hiss» etməyə başlayıb. Novruzəli Orucovun da vaxtilə keçmiş MTN rəhbərliyi ilə sıx əlaqələri olması və Aruz Rəhimova qraşı onlardan dəstək istəməsi də SHXÇDX-nmın dəhlizlərində dolaşan söhbətlərdən biridir. Ziya Məmmədovun yerlisi olan Novruzəli Orucov həmin dönəmdə böyük güc sahibi olan Nəqliyyat nazirinin bu posta olan namizədi idi. Media onu da yazıb ki, general Novruzəli Orucovun rəislik iddiasının təşviqat-təbliğat, həmçinin xidmət rəisi Arzu Rəhimova qarşı qara piar işinə rəhbərlik Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tərəfindən aparılır. Bütün bunlar haqda məlumatlı mənbənin sözlərinə görə, N.Orucov hakimiyyətin yuxarı eşalonundakı siyasi dayaqları ilə yanaşı qeyri-hökumət təşkilatlarındakı “desantları”nı da aktivləşdirib. Bu prosesdə digər bir məqsəd isə Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası kimi mühüm bir təşkilatı əla keçirməkdir. Bunun üçün də Veteranlar Şurasının sədr müvini Cəlil Xəlilov hədəf seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?