Gundemxeber.az » Manşet » Səhifə 561
Son zamanlar xüsusilə kiçik və mikro sahibkarlıq subyektlərinin Vergilər Nazirliyinin çoxalan xəbərdarlıqları ilə bağlı narahatlıqları artıb. Xatırladaq ki, bir müddət əvvəl vergilər nazirinin özü artıq ilin sonlarından başlayaraq, vergi nəzarətinin gücləndiriləcəyi və sərt tədbirlər görüləcəyilə bağlı xəbərdarlıq etmişdi.
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtoqəza zamanı şikəst olan Türkiyə vətəndaşı Mutallib Tekiş və həyat yoldaşı Songul Tekiş haqqında “Haber Turk” kanalında yayımlanan reportaj böyük rezonansa səbəb olub.
İki il əvvəl yol təmir olunmağa başlanmışdı, yolun xüsusi aqreqatla asfalt örtüyü qaşınmışdı və elə yarımçıq da qaldı. Bu isə avtomobillərin hərəkət hissəsinin tez sıradan çıxmasına səbəb olur.
Kəndlilərin vacib problemlərindən biri onları ətrafdan təcrid edən nəqliyyatsızlıqdır. Nəqliyyatın olmaması onların kənd təsərrüfatı ilə məşğul olmalarına da əngəl yaradır. Kəndlilər nə heyvandarlıqla, nə də əkinlə məşğul ola bilirlər. Çünki məhsullarını bazara çıxarıb satmaq üçün nəqliyyat yoxdur.
2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə qanuni ünvanı adlandırılan "Topaz”-da belə demək mümkünsə, əldəyişikliyi oldu. Azərbaycanın idman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxardı və yayılan məlumata görə, "Topaz”
Hərbi Prokurorluqda Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşməsi ilə əlaqədar cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Şəki rayonunun Üzümçülük kəndində yolda çəkilən fotodan görünür ki, asfalt və yolu iki elektrik dirəyinin arasından çəkiblər. Oradan keçmək mümkün deyil. Niyə belə ediblər? Bəlkə dirəkləri sonra götürəcəklər? Bəs niyə yolu və asfaltı dirəkləri götürmədən öncə salıblar?
Ağdam Musiqi Kollecinin qalmaqallı direktoru Laura Ağayeva vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun postu satışa çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?