Dünya ölkələrində demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsilə məşğul olan “Freedom House” təşkilatı «Dünyada azadlıqlar 2013: Tarazlıq şəraitində demokratiyanın mənimsənilməsi” adlı hesabatında yenidən Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıb. Hesabatda Azərbaycan, İran və Rusiya "azad olmayan" ölkələr sırasında yer alarkən Ermənistan, Gürcüstan və Türkiyə isə “qismən azad” ölkə olaraq göstərilib. Hesabatda "ixtilaflı bəlgələt" hissəsinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də salınıb. Qondarma “Dağlı Qarabağ Respublikası” “qismən azad” olaraq hesabatda qeyd olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?