GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Biz niyə azad ola bilmirik?

Biz niyə azad ola bilmirik?

Tarix: 6-05-2014, 09:33 Bölmə :Manşet Baxış: 661
Biz niyə azad ola bilmirik?
“Freedom House” təşkilatının hesabatında ölkəmiz yenə də “azad olmayanlar” qrupuna daxil edildi

“Fredoom House” təşkilatının 2013-cü ildə dünyada mediya azadlığına dair hesabatı Azərbaycanda yenə də böyük rezonans doğurub. Hər dəfə olduğu kimi, təşkilatın hesabatını hakimiyyət nümayəndələri qərəzli, birtərəfli yanaşma kimi dəyərləndirib. Hesabat 197 ölkəni əhatə edir və Azərbaycan əvvəlki illərdə olduğu kimi yenə də “azad olmayan” ölkələr sırasında yer alıb. Mətbuat azadlığı sahəsində 197 ölkə içərisində 63 dövlət (32 faiz)azad olanlar, 68 ölkə (35 faiz) qismən azad, 66 dövlət (33 faiz) isə azad olmayanlar sırasında qərarlaşıb. Təşkilatın bu ilki hesabatında dünya ölkələrində mətbuat azadlığının vəziyyəti son on il ərzində ən aşağı səviyyədə qiymətləndirilib. Bu sahədə geriləmə Yaxın Şərq ölkələrində, xüsusilə Misir, Liviya və İordaniyada daha çox müşahidə edilib. Türkiyə və Ukrayna da vəziyyətin pisləşdiyi ölkələr sırasında yer alıb. Ukraynada Avromaydan hadisələrini işıqlandıran jurnalistlərə qarşı olan hücumlar əsas kimi götürülüb. Türkiyədə seçkilər zamanı sosial mediyaya olan basqılar xüsusilə tənqid olunub. Gəzi parkı olaylarında, həmçinin seçki prosesində mediya nümayəndələrinin siyasi baxışlarına görə təqib olunduğu, bir çoxlarının vəzifəsindən çıxarıldığı ilə bağlı faktlar hesabatda yer alıb. Sənəddə göstərilir ki, Avrasiya ölkələri mediya azadlığı sahəsində dünyada ən aşağı reytinqə malikdir və bu ərazidə heç bir ölkə “azad” kateqoriyasına daxil edilməyib.
“Fredoom House” (Azadlıq evi) mərkəzi ofisi Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar aparan, habelə onların müdafiəsi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat ölkələrdə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır. 1941-ci ildə yaradılan təşkilat özünü dünyada “demokratiya və azadlıqların carçısı” kimi təqdim edir. “Fredoom House”-nin hesabatları hər dəfə Azərbaycan iqtidarı tərəfindən narazılıqla qarşılanıb.
“Şərait Ermənistandakından bir azca yaxşıdır”
Bu ilki hesabatda da ölkəmiz barəsində tənqidi fikirlər yer alıb. Bildirilir ki, bu ölkədə hökumət jurnalist və bloggerlərin internet fəaliyyətini, telefon danışıqlarını izləyir və bu tendensiya ildən-ilə artır. Bunun nəticəsi olaraq onsuz da mövcud olan repressiv mediya mühiti daha da pisləşir. Hesabatda Azərbaycanda internet azadlığını məhdudlaşdıran tədbirlərin də həyata keçirildiyi bildirilir.
Hesabat üzrə layihənin direktoru Karin Karlekar “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanla bağlı mövcud vəziyyəti dəyərləndirib. Karlekar hesabatı şərh edərkən bildirib ki, Azərbaycanda vəziyyət çox pis qiymətləndirilib. “Bu ölkə yanlış istiqamətdə, mən deyərdim ki, əsasən internetddə olub-qalan az-çox müstəqil səslərin də boğulması istiqamətində hərəkət edir. Şərait Ermənistandakından bir azca yaxşıdır. Gürcüstanda müəyyən yaxşılaşma müşahidə etmişik. Bəzi müsbət meyllər ona görə yaranıb ki, ötən il müxtəlif kabel xidməti provayder və yayımçılarının müxtəlif məzmunlu işinə yol açan qanunvericilik qəbul olunub. Biz Gürcüstanda jurnalistlərə hücumların azaldığını da müşahidə edirik. Bu ona görə önəmlidir ki, ötən il ölkədə seçkilər keçirilib”.
Hesabatda Rusiyada mediya sahəsində vəziyyət bərbad olaraq göstərilib. Bu ölkədə “RİA Novosti” agentliyi bağlanıb, həmçinin hökumət internet üzərinə əlavə məhdudiyyətlər qoyub. Bildirilir ki, Rusiya yerli mətbuata nəzarəti gücləndirib, eyni zamanda dəfələrlə bloqosferin və xarici xəbər mənbələrinin sıxışdırılmasına cəhd göstərilib. Rusiyadakı vəziyyəti şərh edən Karin Karlekar bildirib ki, “yayım mediyasının əksəriyyəti dövlət nəzarətindədir və bunu özəl çap mediyası haqqında da demək mümkündür. Beləcə, internet Rusiyada ifadə azadlığının yeganə məkanı olaraq qalır. Ötən il internet materiallarına görə məhkəməyə yol açan qanunvericiliyin qəbulu internetə nəzarət etmək məqsədi güdür”.
Hesabatda Qırğızıstan və Gürcüstanda pozitiv dəyişikliklər baş verdiyi qiymətləndirilib. Qonşu Gürcüstanda kabel operatorlarından bütün telekanalları yaymağı tələb edən qanunvericiliyin qəbulunu müsbət addım kimi dəyərləndirilib. Avrasiya məkanında “qismən azad” kateqoriyasına yalnız Gürcüstan və Moldovanı aid edib.
Dünyada mediya azadlığının vəziyyətinə görə Avropa ölkələri xüsusilə fərqləndirilir. 2013-cü ilin göstəricilərinə görə regiona daxil olan ölkələrdən 29-u (69 faiz) azad olanlar, 12-si (29 faiz) qismən azad olanlar, yalnız biri isə azad olmayanlar kateqoriyasına daxildir. Bölgədə yaşayan insanların 66 faizi mətbuatın ən azad şəkildə istifadəçiləridirlər. Lakin, hesabatda Avropa ölkələrində baş verən geriləmələrə də diqqət çəkilir. Rəsmilərin mediyaya düşmən münasibəti və hücumları səbəbi ilə Çernoqoriyada vəziyyət pisləşib. Burada cəzasızlıq mühiti yaranıb, jurnalistlər xəbər qurumları bomba hücumlarına məruz qalıblar.
İran, Türkmənistan, Özbəkistan yenə də “pislərin pisi” oldu
Mediya azadlığı sahəsində dünyanın ən pis 8 ölkəsi Belarus, Kuba, Ekvatorial Qveniya, Eritreya, İran, Şimali Koreya, Türkmənistan və Özbəkistan hesab olunur. Bu ölkələrdə müstəqil mediya orqanları yoxdur, bütün mətbuat rejimlərin təbliğat ruporu kimi fəaliyyət göstərir. İnsanların müstəqil məlumat almaq şansları sıfra bərabərdir, mediyaya basqılar və təzyiqlər kütləvi xarakter daşıyır. Bu ölkələrdə heç bir özəl mediya qurumu yoxdur. İnternet mediyasının da təsir gücü çox azdır. Müstəqil fikir yürütməyə, fərqli mövqe nümayiş etdirməyə cəhd edənlərin səsi represiyalar və təqiblərlə batırılır. Ümumiyyətlə, Mərkəzi Asiyada vəziyyət ümidsiz olaraq qiymətləndirilib. Bu regionda yerləşən beş ölkədən ikisi - Türkmənistan və Özbəkistan “pislərin pisi” kateqoriyasına daxil edilib. Qazaxıstan və Tacikistanın da göstəriciləri pisdir. Bu ölkələrin hamısında mediya mühiti güclü şəkildə məhdudlaşdırılıb və bu mühit getdikcə daha da pisləşir.“Səkkizlik” ölkələri içərisində yalnız Kubada qismən irəliləyişlər olduğu nəzərə çarpıb.
Mərkəzi Asiya regionunda mətbuat azadlığı sahəsində az-çox ürəkaçan vəziyyət Qırğızıstanda müşahidə olunur. Düzdür, bu ölkə də “azad olmayan”lar qrupuna daxildir, lakin kəmiyyət göstəriciləri digərlərinə nisbətən xeyli yaxşıdır. 2013-cü ildə burada fiziki hücum və məhdudlaşdırıcı qanunlardan mətbuat əleyhinə istifadə halları xeyli azalıb.
Münaqişələrin səngimədiyi Əfqanıstan və İraqa əsas çətinlik güvənliyin olmamasından və jurnalistlərin fiziki hədələnməsindən ibarətdir. Hesabatda Moldovada baş verən müsbət dəyişikliklər öz əksini tapıb. Son bir neçə ildə yayım mühitinin genişlənməsi, çox sayda televiziya və radio stansiyalarının açılması, ölkədə mediya müxtəlifliyinin yaradılması müsbət tendensiya olaraq qəbul edilib. Daha az məhdudiyyətli mühitin formalaşdırılması üçün bir sıra qanunlara düzəlişlər olunub və hakimiyyət tənqidə daha çox dözümlülük nümayiş etdirib.
Hesabatdan belə məlum olur ki, dünya əhalisinin yalnız 14 faizi mətbuat azadlığının tam təmin olunduğu ölkələrdə yaşayır. 44 faiz insanlar isə bu sahədə azad olmayan ölkələrdə yaşamaq zorundadır. Dünyanın əhali sayına görə ən nəhəng dövlətləri olan Çin azad olmayan ölkələr, Hindistan isə qismən azad olan ölkələr sırasına aid olunub. 2013-cü il son onilliyin mediya azadlığı sahəsində vəziyyətin ən pis həddə düşdüyü il kimi diqqəti çəkir. Hətta azadlıqların tam təmin olunduğu bir sıra ölkələrdə belə müəyyən nöqsanlar aşkarlanıb.
Hesabat açıqlandıqdan sonra Azərbaycan hakimiyyəti yenidən “Freedom House” təşkilatını sərt tənqid atəşinə tutub. Əli Həsənov hesabata dair verdiyi açıqlamada təşkilatı qərəzli mövqe tutmaqda ittiham edib. “Freedom Hause” təşkilatının 2013-cü ildə dünya ölkələrində mediya azadlığının vəziyyətinə dair hesabatının Azərbaycan ilə bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşmışdır”.
Xatırladaq ki, “Freedom House” təşkilatının indiyə qədər açıqladığı bütün hesabatlarda ölkəmiz barədə sərt tənqidi fikirlər yer alıb. Bu ilki hesabat da mediya azadlığı sahəsində hələ də qüsurların olduğunu göstərir.
Nicat MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Freedom House”dən yeni hesabat

    “Freedom House”dən yeni hesabat ...

    16-01-2013, 10:44

  • 
  • “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı

    “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı ...

    3-10-2013, 11:39

  • 
  • İlham Əliyevin daha bir tənqidçisi ifşa olundu

    İlham Əliyevin daha bir tənqidçisi ifşa olundu ...

    7-05-2014, 09:42

  • 
  • Azərbaycanda media mühiti necədir?

    Azərbaycanda media mühiti necədir? ...

    4-05-2014, 11:01

  • 
  • “Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

    “Digər siyasi məhbuslar da dərhal azad ...

    26-05-2016, 22:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu