Bakının Nərimanov rayonu ərazisində bank binası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın “Yapı Kredi Bank”ın Z.Bünyadov prospektində yerləşən filial binasında qeydə alınıb.
Hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı araşdırmalar davam etydirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?