GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Polis bölməsində oğlumun cibinə narkotika atiblar”

“Polis bölməsində oğlumun cibinə narkotika atiblar”

Tarix: 21-06-2016, 13:32 Bölmə :Ölkə Baxış: 0
“Polis bölməsində oğlumun cibinə narkotika atiblar”

O, Şəhər Narkoloji Dispanserin həkimlərinin verdiyi saxta arayış əsasında həbs edilib

Paytaxtın Bayıl qəsəbəsi, 4-cü Buxta döngəsi, ev 35, mənzil 14-də qeydiyyatda olan Pərviz Məmmədov şərlənərək həbs olunub. Bu barədə onun anası Qəribə Məmmədovanın redaksiyamıza yolldığı məktubda söhbət açılır. Q.Məmmədova yazır ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsində oğlu Pərviz Məmmədovun cibinə narkotik vasitə atıblar. Oğlunun ümumiyyətlə siqaret belə çəkmədiyini qeyd edən ana polislərin etdiyi haqsızlığı və bu məsələnin arxasında hansı vəzifəlilərin dayandığını belə izah edir: “Bu il aprelin 27-də səhər tezdən yaşadığımız evin həndəvərini polislər mühasirəyə aldı. Onlar heç bir order təqdim etmədən evimizə basqın etməyə cəhd etdi. Dedilər ki, bizə oğlunuz Pərviz Məmmədov lazımdır. Gözlənilməz xəbərdən II qrup əlil olan xəstə yoldaşım, ailə üzvlərimiz xeyli stress keçirdik ki, normal və sakit həyatını yaşayan oğlumdan bunlar nə istəyir?

Polislər bir neçə saat evimizin ətrafında gözlədilər. Həyat yoldaşım 8-ci polis bölməsinin rəisi Vüsal Qaraşovla görüşüb, məsələyə aydınlıq gətirməsini istədi. Orada rəis həyat yoldaşıma bildirib ki, sizin ailə həyatınıza təhlükə var, oğlunuz Pərvizdən istintaq sirri olan bir məsələ ilə bağlı söhbət edib, yenidən sərbəst buraxacağıq, ona görə narahat olmayın. Yoldaşım polislərin evimizin saatlarla mühasirəyə almasına etirazını bildirdikdə və bunun qanunsuz olduğunu söylədikdə, buna V.Qaraşov möhkəm qəzəblənib. Həyat yoldaşım bölmədə olduğu vaxt polislər evimizə basqın edərək oğumu döyərək, zorla evdən apardılar. Mane olmaq istəyəndə onlar bizə də fiziki təzyiq göstərdilər. Onların qəfildən evimizə basqını mənim və qızımın psixoloji sarsıntı keçirməyimizə səbəb oldu. Odur ki, həmin gündən dərman atır, özümə gələ bilmirəm.”

Q.Məmmədovanın yazdığından məlum olur ki, sonradan oğlunun vəkili vasitəsilə bilib ki, oğluna 8-ci polis bölməsində ciddi şəkildə təzyiq olub: “O, bölmənin rəisi Vüsal Qaraşovun və polis işçilərinin fiziki təzyiqi, təhdidi və ləyaqəti alçaldan hərəkətləri ilə üzləşib. Oğlumun cibinə 157 qram heroin atıblar. Sonra qarşısına şərt qoyublar ki, narkotikanın cibindən çıxdığını boynuna almalısan. Almasan, boynuna aprelin 22-də gecə yarısı Badamdar qəsəbəsində fəaliyyət göstərən “Bulaq” kafesində baş verən atışma, bir sıra açılmayan cinayət işləri və krimnal aləmlə əlaqələrinin olduğunu boynuna qoyacağıq. Oğlum ona edilən təzyiq, təhdid, fiziki işgəncə və ləyaqəti alçaldan hərəkətlər qarşısında polislərin təklifləri ilə razılaşmaq məcburiyyətində qalıb. Bu barədə məlumatı oğlum vəkili Ceyhun Yusifovla görüşü zamanı bildirib.”

Məktubdan məlum olur ki, P.Məmmədov barəsində CM-in 234.4.3 maddəsi ilə cinayət işi başlanıb. Q.Məmmədovanın oğlunun şərlənməsi əməliyyatına rəhbərlik edən isə Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov olub.

Q.Məmmədova rəis müavininin onun oğlunu 2014-cü il aprelin 25-də də şərlədiyini qeyd edir. Bildirir ki, məhz F.Hümbətovun göstərişi ilə oğlunun cibinə həmin tarixdə narkotik vasitə atılıb, onu istifadəçi kimi bir il müddətində azadlıqdan mərhum ediblər. Həmin vaxt yenə də oğlu təhdid olunub ki, heç yerə bu barədə şikayət olunmasın, olunsa, ailənizin həyatı təhlükə qarşısında qalacaq. Q.Məmmədova yazır:“Həyat yoldaşım Əli Məmmədov 2-ci qrup əlil olduğundan sağlamlığı imkan vermədi ki, harasa müraciət etsin. Mən də fikirləşdim ki, F.Hümbətovun bizə qarşı edəcək növbəti haqsızlığı ilə üzləşməmək üçün 1 ilə birtəhər dözüm. Heç ağlıma gəlməzdi ki, əsl cinayəti və cinayətkarı tapmaqla deyil, günahsızı süni şəkildə cinayətkar etməklə vəzifə pilləsinə yüksəlmək istəyən Füzuli Hümbətovun təkrar şər-şantajı ilə üzləşməli olcağıq. Oğlumun saxlandığı gün ərazidə əməliyyata rəhbərlik edən F.Hümbətov ailəmizdən və oğlumdan nə istəyir bilmirəm? Ailəmizi kimsəsiz görən, statistika xatirinə oğlumu şərləyən F.Hümbətov və onun göstərişini yerinə yetirən V.Qaraşov görəsən, etdikləri bu

qanunsuz hərəkətlərin nəticəsinin nə zamansa balalarının qabağından çıxacağını fikirləşirlərmi? Görəsən, oğlumu evdən deyil, küçədə saxladıqları kimi sənədləşdirən və cibinə 157 qram heroini atan bu vəzifəpərəstlər bir ailənin taleyini artıq məhv etdiklərinin fərqindədirlərmi? Məncə yox! Düşünsəydilər, belə etməzdilər”.

Ana onu da vurğulayır ki, oğlu “Bulaq” kafesində atışma baş verməmişdən neçə gün qabaq xəstə olub və ev şəraitində müalicə alıb. Xəstə oğluna özü qulluq edibdir.

Q.Məmmədova məsələ ilə bağlı rayon və Bakı şəhər prokurorlarının qəbuluna düşmək istəsə də, onu qəbul etməyiblər. Respublika Prokurorluğunda qəbul zamanı ananın diqqətinə çatdırıblar ki, oğlu narkotikadan istifadə etməsəydi, onun cibinə heç kim narkotika atmazdı. Orada da onun müraciətinə etinasız yanaşıblar. Ana qeyd edir: “ Mən bir daha qeyd edirəm ki, oğlum siqaretin nə olduğunu belə bilmir. Onu sadəcə heç bir yoxlamadan keçmədən Şəhər Narkoloji Dispanserin həkimlərinin verdiyi saxta arayışlar əsasnda həbs ediblər. Mən üzümü səlahiyyət sahiblərinə tuturam ki, oğlum ekspertizadan keçirilsin və onun narkotikadan asılı olub-olmadığı barədə həkimlər ədalətli rəy versinlər. Üzümü Səhiyyə naziri cənab Oqtay Şirəliyevə tutur və xahiş edirəm ki, onun nəzarəti ilə məsələ araşdırılsın, Şəhər Narkoloji Dispanserin oğlumun adına saxta arayış verən həkimlər barəsində qanuni ölçü götürülərək cəzalandırılsın.

Üzümü buradan ölkə başçısına tutur və ondan xahiş edirəm ki, bizi səlahiyyətlərini aşan, vəzifə naminə hər cür iyrəncliklərə və saxtakarlığa əl atan Füzuli Hümbətov, Vüsal Qaraşovların şərindən qorusun”.

P.S. Məsələ ilə bağlı Pərviz Məmmədovun vəkili Ceyhun Yusifovla telefon əlaqəsi saxladıq və o bildirdi ki, yuxarıda qeyd olunan olaylar düzdür. Vəkil onu da qeyd etdi ki, bununla bağlı əlavə müdafiə tədbirləri görüləcək.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “POLİS BÖLMƏSİNDƏ OĞLUMUN CİBİNƏ NARKOTİKA ATIBLAR”

    “POLİS BÖLMƏSİNDƏ OĞLUMUN CİBİNƏ NARKOTİKA ...

    18-06-2016, 17:15

  • 
  • Pərviz Müşərrəfi yenidən həbs etdilər

    Pərviz Müşərrəfi yenidən həbs etdilər ...

    11-10-2013, 10:57

  • 
  • Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri seçildi

    Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri ...

    18-09-2013, 16:55

  • 
  • Ərdoğanın qardaşı oğlu polis bölməsinə basqın etdi - Video

    Ərdoğanın qardaşı oğlu polis bölməsinə basqın ...

    24-12-2013, 10:24

  • 
  • Şəhid xanımı polis bölməsində döyülüb? - Rəsmi açıqlama

    Şəhid xanımı polis bölməsində döyülüb? - Rəsmi ...

    8-07-2019, 12:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (277)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu