GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident Əliyevin çıxışı Ermənistanı qarışdırdı - İrəvanda siyasi hərarət qalxır

Prezident Əliyevin çıxışı Ermənistanı qarışdırdı - İrəvanda siyasi hərarət qalxır

Tarix: 30-06-2020, 11:27 Bölmə :Siyasət Baxış: 410
Prezident Əliyevin çıxışı Ermənistanı qarışdırdı - İrəvanda siyasi hərarət qalxır


Sərkisyan bu çıxışa görə Paşinyanı suçladı - Azərbaycan prezidenti onlar haqda nə demişdi?; erməni mediası: “Azərbaycan lideri haqlıdır...”

İşğalçı Ermənistanda vüsət alan epidemiya fonunda daxili siyasi ziddiyyətlər hər ötən gün daha da güclənməkdədir. Normal inkişaf perspektivi olmayan və pandemiyaya qədər onsuz da xarici aləmə çıxışdan məhrum, Qarabağa görə blokada rejimində olan bu cırtdan ölkədə vəziyyət get-gedə qəlizləməkdədir. Təkcə bu fakt ki, hər milyon nəfərə düşən yoluxma sayına görə Ermənistan dünyada liderlik edir, özlüyündə düşmən ölkədəki gərgin daxili situasiyanı yetərincə yaxşı xarakterizə edir.

Gözlənildiyi kimi, erməni əhalinin acınacaqlı durumuna görə məsuliyyəti opponentlər baş nazir Nikol Paşinyanın və onun komandasının üstünə atmağa çalışır, Paşinyanı repressiv siyasət aparmaqda suçlayırsa, Paşinyan da müxalifəti kəmfürsətlik edib revanş götürmək, vəziyyəti daha da qəlizləşdirmək cəhdlərində ittiham edir. Eyni zamanda o, ictimai diqqəti real problemlərdən yayındırmaq üçün populist gedişlərinə davam edir, hakimiyyətini möhkəmləndirmək üçün konstitusiyanı belə, ayaqaltı edir.

*****

Ancaq nə baş verir-versin, bir şey aydındır ki, qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmayınca Ermənistanda didişlmə-qarşıdurmalar, çevriliş-terror aktları heç vaxt səngiməyəcək, erməni əhalinin vəziyyət yaxşıya dəyişməyəcək, əksinə, daha acınacaqlı olacaq. Bunu ən azından ötən illərin təcrübəsi deyir.

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında etdiyi çıxışda da vurğuladığı kimi, işğalçı ölkənin heç bir inkişaf perspektivi yoxdur: “Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur, öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır. İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir”.

Xəbər verildiyi kimi, dövlət başçısı həmin çıxışında “müstəqillik” qazanandan sonra işğalçı ölkənin başında duran rəhbərlər haqda da danışıb.

Sitat: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açıb-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni belə çıxır ki, 20 il ərzində bu ”müstəqil" ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar?"

Prezidenti habelə Nikol Paşinyanın iki illik hakimiyyət dövrünü xarakterizə edərək deyib: “2018-ci ildən bu yana nə baş verib? Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin ”inqilabları", əslində qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür... Son hadisələr nəyi göstərir? Siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır".

*****

Bu çıxışdan az sonra Ermənistanın eks-prezidenti, 2 il öncə rüsvayçı şəkildə hakimiyyətdən qovulan Serj Sərkisyan Azərbaycan prezidentinin sözlərini özünə xas manerada və nə qədər qəribə də olsa, ilk növbədə Paşinyanın “antierməni bəyanatları” ilə izah edib.

“Azərbaycan prezidenti Paşinyanın sözlərini söyləyir, Ermənistanın müstəqillik dövrünün keçmiş illəri haqda Nikol Paşinyanın bütün dünyaya səsləndirdiyi bədnam çıxışlarındakı kimi ölkəmizi eyni şəkildə təsvir edir - hansı çıxışları ki, Paşinyan BMT kürsüsündən, AŞ PA-nın plenar iclasından, harada gəldi səsləndimişdi. Əliyev içimizdəki bacarıqsız, antimilli və başabəla rəhbərlərə görə belə danışır”, - deyə o, vaxtilə başında durduğu kriminal rejimi deyil, Ermənistanın hazırkı hakimiyyətini günahkar, özünü isə təmizə çıxarmağa çalışıb.

“Azərbaycan liderinin budəfəki çıxışı əvvəlki analoji çıxışlardan onunla fərqlənirdi ki, o, eyni zamanda həm keçmiş, həm də indiki Ermənistan hakimiyyətini vurmağa çalışırdı”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər isə Armenianreport.com-dakı baş məqalədəndir.

Məqalədə həmçinin deyilir: “Bəli, Azərbaycan prezidenti indiki hökuməti (Paşinyan hökumətini - ”YM") oğru və quldur adlandırmır, bununla belə, onun haqda yaxşı bir şey də söyləmir: “2018-ci ildən sonra ... guya orada bir inqilab oldu. Bütün bunlar yalandır” deyib. Əliyev Paşinyan hakimiyyətini diktaturada və “xarici dairələr” tərəfindən idarə olunmaqda ittiham edib".

Müəllif Azərbaycan prezidentinin çıxışı barədə daha sonra yazır: “Məlum olur ki, rəsmi Bakı Ermənistanda köhnə və yeni hakimiyyət nümayəndələrinin, eləcə də yeni müxalifətin nümayəndələrinin bir-birlərinə necə çirkab atdığını maraqla izləyir. Təəssüf ki, bizim indiki hökumətimizin də tənqid ediləsi nələrisə var. Əvvəlki rejimdən danışmağa heç dəyməz: əvvəlki (Sərkisyan-Köçəryan - ”YM") rejiminin qiymətləndirilməsi məsələsində mən İlham Əliyevlə razıyam, hazırkı hökumətin qiymətləndirməsində isə - əksərən xeyr. Paşinyan ailəsi qaçaqmalçılıq və ya başqa hansısa qaranlıq işlərlə məşğuldurmu? Hələlik söyləmək çətindir. Hakimiyyət dəyişsə, onda situasiya aydınlaşar. Yəni günahsızlıq prezumpsiyası. Paşinyanın pərdəarxası qüvvələr hesabına hakimiyyətə gəlməsinə gəlincə, başa düşdüyümüz qədər söhbət qərbpərəst, Avro-Atlantik qüvvələrdən gedir. Lakin özünü “rus məməsi”ndən uzaqlaşdırıb sivil dünyaya doğru qətiyyətli addımlar atmaq istəməyən Paşinyanın iki illik davranışı inqilablın “idxalı” haqda nəzəriyyəni təkzib edir".

Ancaq daha bir gerçək bundan ibarətdir ki, Paşinyana “rus məməsi”ndən qopub Qərbə sarı getməyə işğalçı ölkədəki ağır durum mane olur. “İnqilabçı” baş nazir isə sadəlövhcəsinə ümid edirdi ki, Ermənistan Rusiya orbitində və izolyasiyada qala-qala, yəni Qarabağın davam edən işğalı fonunda da vassal ölkədə iqtisadi cənnət yarada biləcək..../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı DƏHŞƏTƏ SALDI

    Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı ...

    24-10-2019, 14:15

  • 
  • Masanın üstündəki qələm Paşinyanı şoka saldı

    Masanın üstündəki qələm Paşinyanı şoka saldı ...

    15-02-2020, 11:00

  • 
  • Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - düşmən müharibə hazırlığına başlayır?

    Nikol Paşinyan Ermənistan polisini Qarabağa ...

    4-07-2018, 12:22

  • 
  • “Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi

    “Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri ...

    3-10-2018, 10:52

  • 
  • "Moskva Paşinyanı cəzalandıracaq" - Erməni politoloq

    "Moskva Paşinyanı cəzalandıracaq" - ...

    2-08-2018, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu