GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

Tarix: 30-08-2016, 12:47 Bölmə :Dünya Baxış: 648
Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva atasının bazar günü beyninə qan sızma diaqozu ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Lola bu haqda özünün İnstagram səhifəsində yazıb.

“Şənbə günü beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır. Vəziyyəti stabil qiymətləndirilir. Hazırda onun gələcək vəziyyətinə dair hansısa proqnoz vermək mümkün deyil”-prezidentin qızı bildirib.

Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

Özbəkistan prezidenti İslam Kərimovun səhhəti ilə bağlı həyacanlı xəbərlər gəlir.

Virtualaz.org xəbər verir ki, Özbəkistan hökumətinin prezidentin səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirildiyi haqda rəsmi məlumatından sonra xaricdən təcili olaraq həkimlər çağırıldığı məlum olub.

İsrail mənbələri xəbər verir ki, bu ölkədən həkim-kardioloqlar təcili olaraq Daşkəndə uçub. Müxalif Özbəkistan Xalq Hərəkatının saytı da hökumət mənbələrinə istinadən İslam Kərimovu müayinə etmək üçün İsraildən və Almaniyadan həkimlərin çağırıldığını xəbər verir.Rəsmi açıqlamada prezidentin diaqnozu açıqlanmasa da onun insult keçirdiyi bildirilir.

Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

“Assosiated press” xəbər verir ki, Daşkənddə İslam Kərimovun yerləşdirildiyi xəstəxananın ətrafında polis və hərbçilərdən ibarət təhlükəsizlik kordonu yaradılıb. Kordonun diametri bir neçə kilometrə çatır.

Özbəkistan Xalq Hərəkatının bildirdiyinə görə, prezidentin səhhəti avqustun 26-da Daşkənd ətrafındakı Durmen rezidensiyasında olimpiyaçıların şərəfinə təşkil edilmiş ziyafətdən sonra pisləşib. Məlumata görə İslam Kərimov Özbəkistanın Rio Oyunlarında iştirak edən Olimpiya yığma komandasının üzvləri və bəzi hökumət rəsmilərinin iştirakı ilə xüsusi qəbul təşkil edib. Qəbulda Özbəkistan Olimpiya Komitəsinin rəhbəri Mirabror Usmanov, baş nazir Şövkət Mirzəyev və maliyyə naziri Rüstəm Əzimov da iştirak ediblər.

Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

“Banket axşam saat 22.30-23.00 radələrində başa çatıb.Bundan sonra İslam Kərimov prezident Administrasiyasının rəhbəri Zəlimxan Haydarovla saat 24.00-a qədər söhbət edib. Söhbət zamanı prezident qəfildən huşunu itirib. Növbətçi həkimlər ona ilkin tibbi yardım göstəriblər və insult diaqnozu qoyublar”-Özbəkistan hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, həmin gecə rezidensiyaya təcili olaraq Özbəkistan Kardiologiya Mərkəzinin rəhbəri Ravşan Qurbanov və digər həkimlər çağırılıblar. Bundan sonra avqustun 27-də səhər saatlarında İslam Kərimov xüsusi tibbi maşında Daşkənddəki hökumət xəstəxanasına aparıblar.

“Avqustun 27-də axşam prezidentin yanına İsrail və Almaniya həkimləri də çatdırılıb. Özbək həkimləri prezidentin vəziyyətinin ciddi olduğunu bildirir. Əgər növbəti 5 günü yaşasa sağalacaq. Lakin bu 5 gün ərzində hər şey mümkündür. Ola bilsin xarici həkimlər onun həyatını xilas edib ayağa qaldıra biləcəklər ”-mənbə deyib.

Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

Özbəkistan siyasi dairələrində hesab edirlər ki, İslam Kərimov getsə varisi baş nazir Şövkət Mirzəyev olacaq. Mühacirətdəki özbk politoloq Kamoliddin Rabbimov da haqqin.az saytına açıqlamasında bu versiyaya üstünlük verib.

Onun sözlərinə görə, İslam Kərimovun səhhəti barədə rəsmi informasiyanın yayılmasının özü sensasiyadır. Çünki Kərimovun hakimiyyətdə olduğu 27 il ərzində bir dəfə də olsun rəsmi Daşkənd onun səhhəti barədə neqativ məlumat yaymamışdı. Yəni hakimiyyət daim belə imic formalaşdırırdı ki, Kərimovun səhhəti möhkəmdir.

Politoloqun fikrincə, indi İslam Kərimovun xəstəxanaya yerləşdirildiyi haqda Nazirlər Kabinetinin yaydığı məlumat göstərir ki, hakimiyyət prezidentin sağalacağına ümidli deyil. Bu isə fövqəladə situasiyadan xəbər verir.

Prezidentin qızı: “Atamın beyninə qan sızıb, reanimasiyadadır...”

“Hesab edirəm ki, hakimiyyət uğrunda mübarizə artıq başlayıb. Bu mübarizə Kərimovun sağlamlığının vəziyyətinə proporsional olaraq gedəcək. Böyük ehtimalla Kərimov ayağa qalxsa da artıq əvvəlki kimi hakimiyyətə nəzarət edə bilməyəcək. Ona görə də hazırda hakimiyyətdəki əsas qruplaşmalar öz resurslarını rəqiblərini sıradan çıxarmağa yönəldəcəklər”-politoloq deyib.

Rabbimov deyir ki, İ.Kərimov öz varisini müəyyən etməyə imkan tapmayıb. Bununla belə iki nəfərə-baş nazir Şövkət Mirzəyevə və maliyyə naziri Rüstəm Əzimova hakimiyyətə gəlmək və onu əldə saxlamaq üçün şərtlər yaradıb. “Özbəkistan prezidenti postuna əsas namizəd Şövkət Mirzəyev hesab olunur. Məlumatlara görə onun Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə yaxın münasibətləri var. Habelə bir neçə il əvvəl özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovla quda olub”-politoloq deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident qızları İsveçrənin ən varlı ailələri sırasında

    Prezident qızları İsveçrənin ən varlı ailələri ...

    29-11-2013, 13:38

  • 
  • Prezident qızı prezidentlik iddiasından əl çəkdi

    Prezident qızı prezidentlik iddiasından əl çəkdi ...

    6-11-2013, 17:43

  • 
  • Prezidentin qızının gəzdiyi oğlan həbs edildi

    Prezidentin qızının gəzdiyi oğlan həbs edildi ...

    13-11-2013, 12:59

  • 
  • Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı

    Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı ...

    23-09-2014, 14:02

  • 
  • Prezidentin qızının erməni ortağı tutuldu

    Prezidentin qızının erməni ortağı tutuldu ...

    18-02-2014, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu