Yaxın zamanlarda Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan parlamentdən kənarda qalan siyasi qüvvələrlə intensiv danışıqlara başlayacaq.
Gundemxeber.Az bildirir ki, Çarukyan bu qüvvələri onunla birgə növbədənkənar seçkiyə getməyə razı salmağa çalışacaq: “Çarukyanın özünə müttəfiq kimi baxdığı qüvvələr arasında İrs Partiyası, Erməni Ümummilli Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş Müdafiə naziri Seyran Ohanyan və Erməni Milli Konqresi Partiyası olacaq. Çarukyan həmçinin Sasna Tsrer Partiyasının əməkdaşlıqla bağlı təklifini də nəzərdən keçirməyi planlaşdırır. Belə ki, bu partiyanın üzvlərinin çoxu Çarukyan Blokunun deputatlarının sayəsində azadlığa buraxılıblar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?