Türkiyənin Baş naziri R.T.Ərdoğanı İstanbul Üsküdardakı iqamətgahı qarşısında gözləyən polis və jurnalistlər təhlükə ilə qarşılaşıblar.
Türkiyənin Trakya bölgəsindəki açılışlarını tamamlayan Ərdoğan dünən yerli vaxtla 18:30-da helikopterlə İstanbula gəlib.
Polislər və jurnalistlər son anda qurtulub
İstanbul Üsküdardakı helikopter zolağına enmək üçün alçalan helikopterin pərlərinin yaratdığı külək davam edən inşaatın ətrafındakı konstruksiya və reklam bilbordlarını polis və jurnalistlərin üstünə devirib. Jurnalist və polislər devrilən bilbordların altında qalmaqdan son anda qaçaraq xilas olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?