Ərdoğan aksiyada iştirak etmiş 40 azərbaycanlını qovdu
07.07.13 | 20:23 | Xəbər 371 dəfə oxunub
“40 nəfər azərbaycanlı İstanbul və Ankaradakı kütləvi etiraz aksiyalarında iştirak etdiyi üçün Türkiyədən qovulub. Deportasiya olunan azərbaycanlıların hamısı müxalifətçilərdir, onlar Türkiyədəki “Gəzi parkı” olaylarının fəal iştirakçılarıdır”. Bu məlumatı virtualaz.org saytının hazırda Türkiyədə olan əməkdaşına açıqlamasında İstanbul şəhər baş polis idarəsinin miqrasiya şöbəsinin məsul şəxsi Engin Satıloğlu verib.
E.Satıloğlu bildirib ki, Türkiyə hökuməti saxlanılan 40 azərbaycanlının taleyi ilə bağlı Azərbaycan səfirliyinə rəsmi sorğu göndərib: “Amma Azərbaycan tərəfi bildirdi ki, Azərbaycan hökumətinin bu məsələyə heç bir aidiyyəti yoxdur və Türkiyənin hakimiyyət orqanları saxlanılan şəxslərə istənilən cəzanı verə bilərlər. Lakin Türkiyə tərəfi saxlanılan azərbaycanlıları sadəcə ölkədən deportasiya etməklə kifayətləndi, onlara digər cəzalar verilmədi”.
Əldə etdiyimiz məlumata görə, Türkiyədə saxlanılaraq polis bölmələrinə aparılan Azərbaycan vətəndaşlarının əksəriyyəti müxalifət partiyalarının üzvləridir. Xatırladaq ki, onların İstanbul olaylarındakı əməlləri barədə məlumatların yer aldığı gizli dosye baş nazir Ərdoğana hələ iki həftə öncə təqdim olunmuşdu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?