Kərəm Həsənovun qohumları Beyləqanda “at oynadır”, Əhməd Əhmədzadə isə qanunsuz özəlləşməyə göz yumur
Füzuli rayonundan məcburi köçkün olan hal-hazırda Beyləqan rayon Süd-Emalı Zavodu ərazisində məskunlaşıb yaşayan Qurbanov Ramin Məhəmməd oğlunun ölkə rəhbərinə və surətini redaksiyamıza göndərdiyi məktubda Beyləqanda baş alıb gedən korrupsiya və qanunsuzluqlardan bəhs olununr. Müəllifin sözlərinə görə Beyləqan rayonunda manapoliya baş alıb gedir. Belə ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun “kadroları” olan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəisi Məhəmməd İmanov və Beyləqan rayon Ərazi Reyestri idarəsində məsul vəzifədə işləyən qardaşı, Zaman İmanov Beyləqanda hökümranlıq edirlər. Məktubda deyilir: “Hər iki qardaş, Kərəm Həsənovun himayədarlığı altında beyləqanda “qaz vurub, qazan doldurullar”. Zaman İmanovun Beyləqandaki hərəkətləri və atdığı addımlar heç cür qəbul ediləsi və bağışlanası deyil. Bu iki şəxsin Beyləqanda tikdirdikləri qanunsuz obyektlərin və igamətgahlarının sayı- hesabı yoxdur. Amma nədənsə, Zaman İmanovun bu cür qanunsuz əmələrinə qarşı qanun tətbiq olunmur. Bəlkə də ona görə ki, hər iki qardaşın əli “yuxarıların” ətəyindədir ona görə bunlara kiminsə cəsarəti çatıb etdikləri hərəkətlərə görə qanun qarşısında məsuliyyətə cəlb etmirlər. Deyək ki, kimlərinsə bunlara gücü yetərincə deyil, Sizindəmi bunlara gücünüz çatmayacaq, cənab prezident? Bu cür məmurlar sizi də öz çıxarları üçün aldadaraq dövlətin əmlakını və torpaqlarını zəbt edirlər. Əgər qanun İmanov qardaşları üçün işləsəydi, onlar mühafizə zonalarını satın alaraq biznes obyektləri tikdirə bilməzdirlər. Zaman İmanov qardaşları Beyləqanda kimsəyələ hesablaşmır istədiyi yerə sahib çıxırlar. İmanov qardaşları Beyləqnda torpaq kanalın mühafizə zolağında, hətta kanalın düz dibindən “apalovka” quraraq beton töküb metrə gəlməyən və ücu- bucağı görünməyən böyük bir “restoran” inşa etdiriblər. Əgər bu böyüklükdə bina qadağan olunmuş yerdə, kanalın dibində tikilirdisə buna niyə səlahiyyətli qurumlar icazə verirdilər. Mən isə hesab edirəm ki, İmanov qardaşları kanala sahib çıxmaq üçün və həmin ərazidə tikinti aparılmasını “Melorasiya və Su Təsərrüfatı ASC”-nin sədri Əhməd Əhmədzadəylədə “razılaşırılıb”. Məktubun sonunda ölkə rəhbərinin Kür daşqınları zamanı keçirdiyi fikirləri xatırlanır: “Bundan sonra eşidib bilsəm ki, hər-hansı məmur,qadağan olmuş yerlər də, mühafizə zonalarında, kürə yaxın ərazilərdə və digər yerlərdə obyekt tikintisinə icazə verib, şərait yaradıb, həmin məmur mənim tərəfimdən cəzalandırılacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?