GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kərəm Həsənovun balaca məmurunun böyük “imperiyası”

Kərəm Həsənovun balaca məmurunun böyük “imperiyası”

Tarix: 10-04-2014, 10:10 Bölmə :Siyasət Baxış: 899
Kərəm Həsənovun balaca məmurunun böyük “imperiyası”
Bir rayonda dövlət əmlakı bir nəfərin əlinə necə keçir?

Məmurların qanunsuz yolla əldə etdikləri böyük sərvətlər həmişə Azərbaycan mətbuatının diqqət mərkəzində olur. Vəziyyət o yerə çatıb ki, hətta rayonlarda kiçik dövlət məmurları öz sərvəti ilə ətrafdakılarının gözünü qamaşdırır və təbii ki, əhalisinin böyük hissəsi kasıb və sömürülən insanlardan ibarət olan Azərbaycan vətədaşlarında dövlətin sosial ədaləti bərqərar edə bilməməsi fikrini formalaşdırır.
Xüsusilə son zamanlarda Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq məmurlar korrupsiya əməllərinə qurşanaraq öz sərvətlərini artırmaqda və sadə vətəndaşların dövlətin ədalət prisiplərinə olan ümidlərini puça çıxarmaqda davam edirlər. Qəribədir ki, rayonların adi idarə müdirləri belə 100 minlik maşınlarda gəzir, dəyəri yarım milyon manatdan artıq olan villarda yaşayır və ildə bir neçə dəfə xaricdə və ölkəmizdə bahalı istirahət mərkəzlərində istirahət edirlər. İşin ilginc tərəfi isə odur ki, bu məmurlar 200-300 manat ətrafında dövlətdən maaş alırlar. O zaman ortaya təbii olaraq sual çıxır ki, bu məmurlar bahalı maşınları necə alır, villaları, biznes obyektlərini necə inşa edir, necə dəbdəbəli həyat yaşayırlar. Axı normalda onların aldıqları maaş heç gündəlik yeməklərini belə zorla ödəyir. Sual təbii olduğu kimi cavabı da təbiidir. Həmin məməurların hamısı rüşvət alaraq və dövlət vəsaitlərini mənimsəyərək bu sərvətləri əldə edirlər.
Beyləqan rayonunda bir idarədə şöbə müdiri olaraq çalışan bir məmurun mal-mülkünü oxucuların diqqətinə çatdırır. Təbii ki, nəticəni oxucular özləri çıxarmalıdırlar.
Daxil olan məlumata əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov və qardaşı Beyləqan rayon Dövlət Reyestri Xidmətinin Ərazi Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov vəzifə səlahiyyətlərindən istifadə edərək böyük sərvət sahibi olublar. Bu barədə Beyləqandan daxil olan məlumatda bildirilir ki, Zaman İmanov qardaşı Məhəmməd İmanova arxayın olaraq Beyləqanda və digər Aran, Qarabağ rayonlarında fəaliyyət göstərən Dövlət Reyestri Xidmətlərini öz nəzarətində saxlayır və əhalidən alınan rüşvət hesabına özü və qardaşı Beyləqanda, ətraf rayonlarda və həmçinin Bakıda mülklərə biznes sahələrinə sahib olublar.
Daxil olan məlumatda göstərilir ki, Zaman İmanov faktiki olaraq Beyləqan rayonun Dövlət Reyestr Xidmətinin rəisidir. Yəni Ərazi Xidmətinin rəisi R.Əliyev formal olaraq bu vəzifəni daşıyır. Belə ki, Beyləqan rayonunda Dövlət Reyestr Xidmətinin bütün işlərini vətəndaşlara, sahibkarlara lazımi xidmət sənədlərini məhz Zaman İmanov verir. Hətta idarə rəisinin möhürünün belə şöbə müdirində olduğu bildirilir. Daxil olan məlumata əsasən, Zaman İmanov qardaşı Məhəmməd İmanovun vəzifəsindən istifadə edərək Beyləqan rayonu Dövlət Reyestr Xidmətinin yanında dəbdəbəli 2 ev inşa etdirir. Şöbə müdiri villa tipli bu evlərə 150 min manata yaxın xərc çəkdiyi qeyd olunur. Həmçinin rayonun Daşburun qəsəbəsi istiqamətindən girişində, məşhur Xan qızı arxının üstündə Zaman İmanova məxsus dəbdəbəli restoran mövcuddur. Bildirilir ki, hazırda restoranın kotecləri də tikilməkdədir.
Bildirilir ki, Beyləqan rayon Dövlət Reyestri Xidmətinin Ərazi Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov son model, qiyməti 100 min manatdan artıq olan 10 TL 755 seriyalı “Lexsus” və 99 BC 310 seriyalı son model “Mersedes” ( qiyməti 50 min manatdan başlayır) avtomobilləri ilə işə gəlib gedir. Bundan başqa, şöbə müdirinin Bakı şəhərində Nizami rayonu ərazisində “Vosmoy kilometr” deyilən yerdə 2, Nərimanov rayonunda 1 mənzili, Qaraçuxur qəsəbəsində isə dəbdəbəli villasının olduğu qeyd olunur.
Həmçinin Zaman İmanovun Beyləqan rayonun “Sarı Su” deyilən ərazisində və Aşıxlı kəndində yüz hektarlarla torpaq sahələri, yüzlərlə mal-qarası olan bir neçə iri təsərrüfatının olduğu bildirilir. Qeyd olunur ki, Zaman İmanovun təsərrüfatlarının bir hissəsi qardaşı Dövlət Reyestr Xidmətinin rəisi Məhəmməd İmanova məxsusudur.
Məlumata görə, Zaman İmanovun qardaşı, Dövlət Reyestr xidmətinin rəisi Məhəmməd İmanovun mal-mülkü daha çoxdur. Belə ki, xidmət rəisinin milyonlarla manat dəyərində villaları, şəhərin mərkəzində çoxlu sayda mənzilləri, Quba, Şamaxı, Qax rayonlarında malikənaları və paytaxtın müxtəlif yerlərində mağazaları olduğu bildirilir.
Qeyd edək ki, Məhəmməd İmanovun obyektləri, əldə etdiyi milyonlarla bağlı araşdırmamız davam edir və növbəti yazımızda oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq…
E.QASIMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətbuat Günündə müstəqil qəzetə “mükafat”

    Mətbuat Günündə müstəqil qəzetə “mükafat” ...

    26-07-2016, 23:35

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq

    İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq ...

    25-12-2013, 00:49

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu