Gundemxeber.az » Xəbərlərin siyahısı: 20.10.2016
“Bütün dünya idmançılarına qarşı haqsızlıqlar elə WADA tərəfindən törədilir”. Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Azərbaycanın qanunlara «tabe olmayan» ölkələr siyahısına salınması haqda xəbərdarlığına bu şəkildə münasibət bildirir.
Oktyabrın 17-də İraq hökumətinin qərarı ilə ordu 2014-cü ildən İŞİD silahlı qruplaşmasının əlində olan Mosul şəhərini azadetmə əməliyyatına başlayıb.
Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyada YPG-PYD terrorçularına qarşı əməliyyat təşkil edib.
Avropanın cənub rəsədxanasının alim-astronomları partlayışı Yer kürəsini məhv edəcək Eta Carinae adlı nəhəng ulduzun yeni fotolarını əldə ediblər. Bu qeyri-adi ulduz ikili sistemdən - 120-150 Günəşin çəkisinə bərabər olan nəhəng ulduzdan və kütləsi bizim dünyadan 30-80 dəfə böyük olan peykdən ibarətdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələrinin təşəbbüsü ilə BAXCP-nin mənzil qərargahında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüş keçirilib.
AzTV-nin keçmiş mühəndisi, Sankt-Peterburq Kino və Televiziya institutunun məzunu Hikmət Hikmətli telekanal əməkdaşlarına aylarla əmək haqqı verilməməsini və onların cüzi maaşa möhtac edilməsini pisləyib və bunu sədr A.Alışanovun yarıtmaz rəhbərliyi ilə əlaqələndirib.
İranın ali lideri Ayətullah Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti İranın Mosul əməliyyatına qoşulmaq niyyətində olmadığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev təzminən saat 20.00-da Bakı Şəhər Baş Polis İdarəsinin binasından çıxıb. İki saar davam edən söhbətin detalları hələ ki bəlli deyil.
Ötən gün səhər Özbəkistanın Kaşkadərya vilayətinin Nişan rayonunun icra başçısı Asror Jurayev müəllimi döyüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?