Gundemxeber.az » Xəbərlərin siyahısı: 27.12.2017 » Səhifə 3
"Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur".
2018-ci il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 130 manatadək artırılacaq. Müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.
Amerikanın Səsinə müsahibə verən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Azərbaycan media qurumlarının hazırkı vəziyyəti və gələn il prezident seçkilərinin səbəb ola biləcəyi dəyişikliklər haqqında danışıb.
ABŞ dövlət katibi Reks Tilleson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında çərşənbə axşamı günü telefon söhbəti baş tutub. Rusiyanın Xarici İşlər nazirliyinin bildirdiyinə görə, Lavrov qeyd edib ki, “Vaşinqtonun aqressiv ritorikası” Koreya yarımadasında gərginliyin artmasına səbəb olub.
"Biz cəmiyyətimizin təmizlənməsini istəyirdik, ona görə özümüzü şərləyib, təcrid elədilər. Həbsxanalar dustaqla doludur, hər əlli məhbusdan qırxı gənclərdir. Onların da əksəriyyəti narkotik ittihamı ilə tutulub. Cəmiyyəti bu vəziyyətə salıblar…”, 2015-ci ilin noyabrında Nardaran hadisələrindən sonra həbs olunmuş Vüsal Alışlının bildirib.
Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlaınılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin əhvalı yaxşıdır. Bu barədə vəkil Zübeydə Sadıqova dekabrın 27-də Rəhim Qazıyevlə görüşdükdən sonra Amerikanın Səsinə bildirib.
Qvatemalanın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi beynəlxalq ictimaiyyətə istehza etməkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?