gundemxeber.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib.
“Müttəfiqlərimiz və qonşularımıza humanist yanaşırıq. Onların öz həyatlarını və xarici siyasətlərini seçmək şansları var. Bizim qonşularımız suveren dövlətlərdir. Bu, KTMT və Avrasiya İttifaqındakı müttəfiqlərimizə də aiddir. Biz heç vaxt qonşularımızı seçim qarşısında qoymamışıq, amma hər zaman müttəfiqlik münasibətlərininin prioritet olmasını tələb etmişik. Şərq Tərəfdaşlığı çərçivəsində imzalanan razılaşmalar bizim öncədən razılaşdırdığımız öhdəlikləri pozmamalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan AB ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?