GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Azərbaycanda ən böyük problemi peşəkar media yaşayır" -Müsahibə

"Azərbaycanda ən böyük problemi peşəkar media yaşayır" -Müsahibə

Tarix: 27-12-2017, 13:25 Bölmə :Müsahibə Baxış: 424
"Azərbaycanda ən böyük problemi peşəkar media yaşayır" -Müsahibə


Amerikanın Səsinə müsahibə verən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Azərbaycan media qurumlarının hazırkı vəziyyəti və gələn il prezident seçkilərinin səbəb ola biləcəyi dəyişikliklər haqqında danışıb.

Rəşid Hacılı bildirib ki, 2017-ci il həm mətbuat üçün, həm də ifadə azadlığı baxımından son illərin ən ağır illərindən biri olub. Onun sözlərinə görə, hər il olduğu kimi 2017-ci il də kütləvi informasiya vasitələrin fəaliyyətinin pisləşməsi, xüsusən də müxalif yönümlü mətbuat orqanlarında işləyən jurnalistlərə qarşı təzyiqlərin daha da çoxalması ilə yadda qalıb.

Hökümət 10 il bundan əvvəl arzulayardı ki, medianın vəziyyəti indiki kimi olsun.
“Texnologiyanın inkişafı, onlayn söz demək imkanlarının artması bir qədər bu təzyiqdən yan keçməyə imkan versə də, bundan istifadə edən şəxslərin sonradan problemlərlə üzləşməsi məsələsi hələ də qalmaqdadır. Məsələn, Sancaq Production səhifə vasitəsilə videobloqqerlik edən Mehman Hüseynov heç bir hüquqi əsas olmadan, höküməti tənqid edən bloqlarına görə həbs edildi. Kanal13-ün rəhbəri Əziz Orucovun saxlanılaraq, 6 illik həbs cəza alması da buna misaldır.

Media Hüququ İnstitutunun rəhbərinin qeyd edir ki, əgər əvvəlki illərdə hökümət müxtəlif saytların fəaliyyətində çətinliklər yaradıb, həmin saytlara daxil olmaqla bağlı ləngitmələr tətbiq edirdi.

Mayın 12-də Bakının Səbael rayon Məhkəməsi hakim Nurəddin Bağırovun sədrliyi ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra saytlara girişə blok qoyulması tələbini təmin edib.
Bu il isə artıq qanun qəbul edərək, bu qanunun əsasında AzadlıqRadiosu, Meydan TV, Turan TV kimi media orqanlarının saytlarına ölkədən girişinə birbaşa qadağan qoyulması artıq senzuranın növbəti mərhələsi deməkdir.

“Mart ayında qəbul edilən informasiyalar haqqında qanun senzuranı gücləndirmək üçün Rusiya və Türkiyə kimi ölkələrdə qəbul edilmiş qanunun eynisi idi. Məqsədləri isə siyasi məzmunlu yazılar paylaşan mətbuat orqanlarının üzərində məhdudiyyətlər yaratmaq, həmin yazıların oxuculara çatdırılmasına imkan verməmək idi.

Məqsədləri siyasi məzmunlu yazılar paylaşan mətbuat orqanlarının üzərində məhdudiyyətlər yaratmaqdır.
​Buna görə də qanun qüvvəyə minən kimi hökümətin sensor funksiyasını həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları naziriyi Azərbaycan Respublikası Baş Prokurorluğu yazılı müraciət edərək ölkədən həmin saytlara girişə qadağa qoyulmasını tələb etdi.

Saytların bloklanmasının oxucuların informasiya almaqlarında çətinliklər yaratmaqla yanaşı, həmin mətbuat orqanlarının oxucu bazasının azalmasına da səbəb olduğunu qeyd edən Rəşid bəyin bildirdiyinə görə, daha sonra poxy proqramlar vasitəsilə saytlara girişi təmin etmək mümkün olsa da, bütövlükdə qanun dəyişikliyi sayəsində hökümət öz məqsədinə qismən də olsa nail ola bilib.

“Azərbaycanda heç bir qəzet çap olunub, özünün saxlamaq gücündə deyil. Ona görə ki, reklam bazarı dağıdılıb, müxtəlif siyasi qadağalar həyata keçirilir, höküməti az belə olsa tənqid edən qəzetlərə heç kəs reklam vermək istəmir. Bundan əlavə hökümət inzibati resusrlardan istifadə edərək azad mətbuatı sıxışdırmaq gücünə sahibdir. Belə olan halda informasiya yaymaq istəyən mətbuat orqanları məcbur bunu xaricdən etməli olur. Bu da ancaq onlayn şəkildə mümkündür. Ya da ayrı-ayrı şəxslər fərqdi bloqerlik edərək məlumat çatdırılmasına xidmət edə bilir. Amma bu da peşakar jurnalistika deyil.”

Mən qorxuram ki, gələn il seçkilər olmasına baxmayaraq vəziyyət daha da pisləşər.
2018-ci ilin seçki ili olması və beynəlxalq qurumların Azərbaycana diqqətinin artacağına baxmayaraq ölkədə medianın durumunun düzələcəyinə ümidli olmayan Rəşid bəy əlavə edir ki, hökümət cəmiyyətdə yayıla biləcək tənqidi informasiyaların insanlar arasında inamsızlıq və hökümət üçün narahatlıq yarada bilməsindən çəkinərək var gücü ilə bunun baş verməsinin qarşısını almağa çalışacaq.

“Hökümət ildən-ilə medianın vəziyyətini pisləşdirmək, onun fəaliyyət imkanlarını daraltmaq istəyir. Seçki ilində azad mətbuatın imkanları artırılmasa da ola bilsin ki, qısa müddətlik də olsa basqılar bir qədər azalsın. Buna da səbəb məhz seçki ilə bağlı hesabatlara qara ləkə düşməsindən çəkindikləri üçündür. Amma ümumilikdə müsbətə doğru hansısa addım atıla biləcəyini düşünmürəm."

ABŞ Senatının Azərbaycan hökümətinə təsir gücü Avropa institutlarından daha çoxdur.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı onu da əlavə edib ki, beynəlxalq qurumların, Avropa İnstitutlarının Azərbaycana qarşı qəbul etdikləri bəyanatların əhəmiyyəti olsa da, İlqar Məmmədovla bağlı qərarın yerinə yetirilməməsi onu göstərir ki, onların da imkanları o qədər geniş deyil və hökümətə qarşı çox ciddi təzyiq göstərməkdən çəkinirlər.

“ABŞ-ın Konqres və Senat nümayəndələri təzyiqləri sayəsində hakimiyyət Mehman Əliyev və Turan informasiya agentliyinə qarşı ittiham irəli sürməklə səhv qərar verdiyinin fərqinə vararaq, qərarını dəyişdirməli olub. Elə məsələlər var ki, Azərbaycan höküməti onun üzərində çox ciddi israrla durmur və müəyyən qədər geri çəkilməyə, öz planlarını bir qədər dəyişdirməyə razı olur. Mehman Əliyevin işi də belə işlərdən idi.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. AİHM Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.
Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. AİHM Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.
Amma biz eyni vəziyyəti İlqar Məmmədovun işində görə bilmirik. Təzyiqlər var, Avropa Şurası və Avropa Məhkəməsi vasitəsilə basqılar aparılsa da hökümət geri çəkilmir. Bəlkə də ABŞ Senatının və Konqresinin Azərbaycan hökümətinə təsir gücü Avropa institutlarından daha çoxdur. Hökümət Turan gentliyinə qarşı ittiham irəli sürməklə özünün də ağ elədiyini və tamamilə mənasiz bir addım atdığının fərqinə vardı."/amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söz azadlığı sahəsində vəziyyət təhlükəli həddə çatıb

    Söz azadlığı sahəsində vəziyyət təhlükəli həddə ...

    19-02-2013, 10:15

  • 
  • Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir

    Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad ...

    19-08-2017, 14:52

  • 
  • Rəşid Hacılı mühacirətlə bağlı şayiələrə aydınlıq gətirdi

    Rəşid Hacılı mühacirətlə bağlı şayiələrə aydınlıq ...

    2-05-2014, 16:10

  • 
  • Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu

    Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu ...

    3-05-2013, 15:36

  • 
  • Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını yummuşuq

    Elçin Şıxlı: Peşəkar jurnalistikanın ağzını ...

    16-11-2017, 18:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu