Gundemxeber.az » Xəbərlərin siyahısı: 30.05.2019
Vəkillər Kollegiyası vəkil Şəhla Hümbətova barəsində intizam icraatına başlayıb. Səbəb bloger Mehman Hüseynovun işi ilə bağlı Penitensiar Xidmətin vəkil barədə şikayətidir.
"Azərbaycan hakimiyyəti jurnalist Anar Məmmədova qarşı ittihamları ləğv etməli və onun müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan verməlidir."
Demokratik Qüvvələrin Milli Şurasının Koodinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu mayın 30-da Abşeron rayon Məhkəməsinə çağırılıb. Bu barədə Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib.
Video-kameralar məktəblərin idarə olunmasında mühüm rol oynayır. Müəllim və şagirdlərdə əlavə məsuliyyət hissi yaradır. Kamera izləmə xidməti olduğundan məktəblərdə uşaqların dərs məşğələləri qaydasında olur. Müşahidələr göstərir ki, kamera yerləşdirilən məktəblərdə nizam intizam digər məktəblərlə müqayisədə olduqca yaxşıdır.
“Bu qələbə bizim üçün böyük əhəmiyyətə malikdir. Biz bu il mükafat qazanmaq istəyirdik”.
Özbəkistanın Fərqana vilayətinin icra hakimi Şuxrat Qəniyev yerli vergi müfəttişliyinin və məcburi icra Bürosunun rəislərini “bağırsaqlarını söküb boğazına dolamaqla” hədələyib.
Bakının ən böyük rayonlarından olan Xətai rayonu 6 aya yaxındır rəhbərsiz qalıb. Uzun illər bu rayona rəhbərlik etmiş Razim Məmmədov 2018-ci ilin 13 dekabr tarixində ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib. Bu vaxta qədər də o posta təyinat olmayıb. Prosesin bu qədər uzanması haqda ictimaiyyətə heç bir məlumat verilmir.
Xəbər verdiyimiz kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.
“Azərmarka” MMC “UEFA Avropa Liqasının finalı 2019” adlı poçt vərəqini tədavülə buraxıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?