Gundemxeber.az » Xəbərlərin siyahısı: 13.11.2019 » Səhifə 3
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil
Müsavat Partiyasının aksiyası ilə bağlı saxlanılan partiya fəallarının hamısı noyabrın 12-də axşam saatlarında sərbəst buraxılıb. Yalnız partiya başqanının müavini Razim Əmiraslanlı 15 sutka inzibati həbsə məhkum edilib.
ABŞ prezidenti Donald Tramp, Türkiyəli həmkarını Ağ Evdə qəbul edərkən, siyasi kapitalını Suriyaya deyil, milyardlar dəyərində olan silah müqavilələrini qorumağa sərf edəcəyi, həmçinin Türkiyənin ABŞ müdafiə sisteminə yenidən qoşulması üçün təziq edəcəyi gözlənilir.
Xaçmaz və Yevlax rayonlarına gənc kadrların təyin edilməsindən sonra daha 5 rayonda icra başçıları dəyişdirildi. Həmin dəyişikliklərdə ən çox diqqət cəlb edənləri isə Yasamal və Zərdab rayonları ilə bağlı olub. Belə ki, Yasamal rayonuna Milli Məclisin üzvü, parlamantdə həmin rayonu təmsil edən Elşad Həsənov başçı təyin olunub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olub. Səfər zamanı ikitərəfli əlaqələrin mövcud durumu və perspektivi, regional təhlükəsizlik, habelə Qarabağ mövzusu və Ermənistanda ABŞ maliyyəsi əsasında qurulmuş biolaboratoriyalarla bağlı məsələlərin müzakirə edildiyi bildirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Almaniyada azərbaycanlıların da şahid kimi dindirildiyi məhkəmə prosesi başa çatıb.
Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda yerli “Düdelanj” komandasının “Qarabağ”la oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburq Parlamentinin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavab verib.
Sorğu
Yeni dizaynımız necədir?