GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı

LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı

Tarix: 13-11-2019, 11:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 403
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”? - Mənfi reputasiyalı daha bir başçı yola salındı


Hakimiyyətdə aparılan kadr islahatları rayon icra başçıları səviyyəsində də özünü geniş şəkildə biruzə verməkdədir. Bu da təsadüfi sayıla bilməz. Çünki əhalinin ən çox narazılıq etdiyi dövlət strukturlarından biri də məhz rayon icra hakimiyyətləridir.

Xaçmaz və Yevlax rayonlarına gənc kadrların təyin edilməsindən sonra daha 5 rayonda icra başçıları dəyişdirildi. Həmin dəyişikliklərdə ən çox diqqət cəlb edənləri isə Yasamal və Zərdab rayonları ilə bağlı olub. Belə ki, Yasamal rayonuna Milli Məclisin üzvü, parlamantdə həmin rayonu təmsil edən Elşad Həsənov başçı təyin olunub.

Digər önəmli dəyişiklik isə 2007-ci ildən etibarən Zərdab rayonuna başçılıq edən və olduqca mənfi reputasiya qazanmış, fəaliyyəti ilə yerli əhalidə böyük narazılıqlar yaradan Lütvəli Babayevin vəzifəsindən azad edilməsidir.

Əlbəttə ki, 60 yaşı bu il tamam olan L.Babayevin yaşlı kadr kimi yola salınmasından söhbət gedə bilməz. Çünki L.Babayev hələ heç pensiya yaşına da çatmayıb. Deməli, korrupsiya da başda olmaqla bir çox neqativ əməllərindən şikayət olunan sabiq icra başçısı məhz qeyri-qənatbəxş fəaliyyətinin nəticəsi olaraq vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zərdab rayonu ölkənin iqtisadi baxımdan ən geridə qalmış rayonları arasındadır və sakinlərin də dediyi kimi, rayonda baxımsızlıq, təsərrüfatsızlıq baş alıb gedir. Küçə itləri sürü ilə dolaşır. Lütvəli Babayevdən isə hamı narazı idi-sahibkarlar, şəhid ailələri, sıravi sakinlər…

Lütvəli Babayev ən qalmaqallı və adı müxtəlif qanunsuzluqlarda hallanan icra hakimiyyəti başçılarından biri idi. O, 1959-cu ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Dövlət Pedaqoji İnstitutunu ümumi texniki fənlər müəllimi ixtisası ilə bitirib. İş təcrübəsinə Mingəçevirdə zavodda fəhləlikdən başlayıb, 1981-1987-ci illərdə Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi ştatında işləyib. Daha sonra müəllimliyə başlayıb, 1987-1990-cı illərdə Mingəçevirdə müəllim işləyib, 1993-cü ildə Lütvəli artıq şəhərdə məktəb direktoru idi. Və həmin vəzifədən Mingəçevir İcra Hakimiyyətində ümumi şöbənin müdiri vəzifəsinə təyinat alıb.

1997-ci ilə qədər bu vəzifədə işləyən Lütvəli Babayev necə olubsa həmin il yenidən müəllimlik peşəsinə qayıdıb, San-Marino Universitetinin (bir vaxtlar Azərbaycanda bu adda komik universitet də var idi,-red.) Mingəçevir filialında müəllim işləməyə başlayıb. İki il sonra Lütvəli yenidən şəhər İcra Hakimiyyətinə qayıdıb, bu dəfə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. 2005-ci ilə qədər həmin vəzifədə işlədikdən sonra Babayev şəhər başçısı təyin olunub. Bu vəzifədə iki il işləyib və 2007-ci ildə oradan Zərdaba təyinat alıb, həmin vaxtdan rayon icra hakimiyyətinin başçısı idi.

Gundemxeber.Az azpolitika.info-ya istinadla bildirir ki, Bioqrafiyasında göstərilir ki, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. “Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri”, “Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir”, “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)”, “Ümummilli lider Heydər Əliyev – Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir”, “Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram” və s. elmi əsərlərin və monoqrafiyaların müəllifidir.

Azərbaycanın ən kasıb rayonlarından biri olan Zərdab həm də icra orqanlarından mətbuata və yuxarı instansiyalara ən çox şikayət olunan rayonlardandır. Br neçə il əvvəl isə o, hətta Mingəçevirin polis rəisi , polkovnik Ələsgər Bədəlovla publik qarşıdurmaya da girmişdi.Virtualaz.org-ın məlumatına görə, buna səbəb isə Lütvəli Babayevin qardaşı oğlunun Mingəçevirdə avtoxuliqanlığa görə saxlanılması idi.

L. Babayev deyib ki, həmin polis rəsi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: “Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa, bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs eildmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır. Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub.

Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır! Yaxşı olar ki, adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul olmasın” .

“Lütfəli Babayev niyə ona qarşı qərəzli olduğumu deyir, bunu bilmirəm. Mən onun barəmdə soylədiklərini yalan hesab edirəm. Kimin kim olduğunu ölkə rəhbərliyi yaxşı bilir. Əgər yaxşı icra başçısı olsaydı, onu Mingəçevir kimi şəhərin rəhbərliyindən uzaqlaşdırmazdılar”,-polis rəisi bu deyilənlərə cavab olaraq bildirmişdi.

Lütvəli Babayevlə bağlı başqa məşhur qalmaqallardan biri keçmiş müavini Tofiq Abdullayev tərəfindən məhkəməyə verilməsidir. Bu hadisə hələ 2013-cü ildə baş verib. Tofiq Abdullayevin vəkili o zaman mediaya açıqlamasında bildirmişdi ki, müdafiə etdiyi şəxsin Lütvəli Babayevi məhkəməyə verməsinin səbəbi qanunsuz olaraq işdən çıxarılmasıdır. Özü “ideal” məmur olan Lütvəli Babayev onu 4 dəqiqə gecikdiyinə görə vəzifəsindən azad etmişdi…

Ötən il isə aprel döyüşlərində şəhid olan Zərdab sakini Nurlan Abdullayevin atası Rasim Abdullayevin Lütvəli Babayevdən şikayəti dərc olunmuşdu. Onun dediyinə görə, rayon rəhbərliyi şəhidin ailəsinə və adına hörmətsizlik edib. Şəhid atasının sözlərinə görə, rayonun hərbi komissarlığı tərəfindən ona verilən 500 manatı icra başçısı Lütvəli Babayev alıb ki, şəhidin məzarının üstü götürülməlidir. Bununla yanaşı, rayondakı dövlət müəssisələrinin rəhbərlərindən şəhidin məzarının üstünü götürmək adı ilə xeyli vəsait toplayıb. Rasim Abdullayevin sözlərinə görə, icra başçısı ona “oğlunun meyitini yarılmağa mən qoymadım ki, bunun üçün 3000 manat xərc lazım olacaqdı, daha nə istəyirsən məndən” deyə minnət qoyub.

Bu ilin əvvəllərində isə Zərdab başçısının Bakıda tikinti biznesi haqda fakt ortaya çıxmışdı. Məlum olmuşdu ki, o, Binəqədi rayonunun 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikib. Binanın sahəsi 10 min kvadrat metrə yaxındır və tikintisi icra başçısının oğlu Babəli Babazadənin adı ilə həyata keçirilib.

L.Babayevdən edilən şikayətlərin siyahısını artırmaq da olar. Lakin hər halda, tez, ya gec olmasından asılı olmayaraq, daha bir neqativ reputasiyalı məmur yola salındı. Ümid edək ki, Zərdab camaatı yeni icra başçısının fəaliyyətindən razı qalacaq…

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan başçılarını dəyişdi - SƏRƏNCAMLAR

    Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan ...

    12-11-2019, 12:43

  • 
  • Zərdabın  icra başçısı Lütvəli Babayev hədəfdə

    Zərdabın icra başçısı Lütvəli Babayev hədəfdə ...

    17-01-2014, 11:27

  • 
  • Yasamal rayonuna yeni icra başçısı təyin edilib

    Yasamal rayonuna yeni icra başçısı təyin edilib ...

    12-11-2019, 14:11

  • 
  • Yasamal rayonuna yeni icra başçısı təyin olunub

    Yasamal rayonuna yeni icra başçısı təyin olunub ...

    2-02-2018, 16:00

  • 
  • Lütvəli Babayev “müxalifət”in adından hansı saxtakarlığa qol qoyub?

    Lütvəli Babayev “müxalifət”in adından hansı ...

    21-08-2018, 17:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu