"Müxalifət liderləri bildirirlər ki, onların həbsi siyasi səbəblərlə əsaslandırılır"
New-York Times qəzeti Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsindən yazıb. Həmin məqaləni diqqətinizə çatdırırıq: Bu həftə Azərbaycanın hakimiyyət orqanları iki məşhur müxalifət liderini keçən ay Azərbaycanın əyalət şəhərində keçirilən iğtişaşları keçirməkdə çağırmaqda ittiham edərək həbs edib. Bu iğtişaş küçə davası ilə başlamış və yerli rəsmiləri ifşa edən mütəşəkkil olmayan üç günlük etiraz aksiyası kimi böyümüşdü. Bazar ertəsi, iki siyasətçi Azərbaycanın böyük müxalifət partiyası Başqanı Müavini Tofiq Yaqublu və Respublika Alternativ Hüquqlar Qrupunun Sədri İlqar Məmmədov həbs ediliblər. Və onların iki aya kimi saxlanılması gözlənilir. Onların məhkəmə prosesinin keçiriləcəyi tarix elan olunmayıb. Müxalifət liderləri bildirirlər ki, onların həbsi siyasi səbəblərlə əsaslandırılır və Amerika Bilrəşmiş Ştatlarının Bakıdakı səfirliyi çərşənbə günü bəyanat verərək hakimiyyəti onların təhqiqatında “şəffaf və ədalətli”olmağa çağırır. Və vurğulanır ki, səfirlik bu həbslərdən narahatlıq keçirir. Paytaxt Bakıdan 100 mil qərbdə yerləşən kurort şəhəri İsmayıllıda etiraz aksiyası yanvarın 23-də başlayıb və sonrakı gün bir neçə min izdiham yerli icra hakimiyyət başçısının evini əhatəyə alaraq onu istefaya çağırdıqdan sonra aksiya yüksək həddə çatmışdı. İzdihamı dağıtmaq üçün polis 50-dən artıq adamı həbs etmiş və etiraz aksiyası vaxtı gözyaşardıcı qazdan və su şırnaqları maşınlarından istifadə olunmuşdu. Çərşənbə axşamı keçirilən mətbuat konfransında Müsavat Partiyasının yüksək yetkilisi Arif Hacılı deyib ki, iki müxalifət lideri etiraz aksiyası başa çatdıqdan sonra aksiya iştirakçıları ilə danışmaq üçün İsmayıllıya gediblər və rayonda yalnız bir saat qalıblar. “Azerbaijan Press Agency” xəbər verir ki, cənab Hacılı deyib ki, "mən düşünmürəm ki, bu siyasi yolla hazırlanmış aksiyadır. Bu xalqın qəfil narazılığının ifadəsidir. Buna görə də bu həbslər tamamilə qeyri-qanunidir”. Azərbaycan Əfqanıstana həm qoşun və avadanlığın çatdırılması üçün tranzit nöqtə, həm də Avropanın enerji ilə təmin edilməsi üçün marşrut ölkə kimi Qərb üçün mühüm əhəmiyyətli strateji müttəfiq kimi çıxış edir. Amerika Səfirliyi yaydığı bəyanatda bildirir ki, “biz Azərbaycan hakimiyyəti və vətəndaşları arasında mühüm dialoqun keçirilməsi və narazılıqları aradan qaldırmağa çağırır və həmçinin iqtidarı vətəndaşlarının sərbəst toplaşma və ifadəetmə azadlığına hörmət etməyi israr edirik.” “Siyasət şöbəsi”
Sorğu
Yeni dizaynımız necədir?