Vaqif Abdullayevin əməlləri barədə prezidentə şikayət olundu; Beyləqan rəhbərinə PA-dan son xəbərdarlıq olunub
Beyləqan rayon icra başçısı ətrafında halqa daralır. Rayonun icra başçısı Vaqif Abdullayev barəsində son günlər ardı-arası kəsilməyən şikayətlər, ittihamlar və prezidentə göndərilən məktublar onun vəziyyətini ağırlaşdırıb. Ölkə başçısının 12 fevral müşavirəsində icra hakimlərinə yönələn tənqidləri, sərt xəbərdarlığına baxmayaraq, V.Abdullayev öz əməllərini davam etdirir və camaat ondan ciddi şəkildə narazıdır. İcra başçısı isə Beyləqanda ağalıq edərək narazıların fikrini dinləmək, onların problemlərini həll etmək niyyətindən çox uzaqdadır. V.Abdullayevin bu “siyasəti” və haqqında səngimək bilməyən şikayətlər artıq öz məntiqi nəticəsini verməkdədir. Redaksiyamıza daxil olan xəbərə görə, onun vəzifəsindən uzaqlaşdırılması gözlənilir. Mənbə bildirir ki, bu gedişlə Beyləqanda ya üsyan qalxacaq, ya da başçı postundan vaxtında getməli olacaq. Qaynağımız iddia edir ki, icra başçısı barədə Prezident Administrasiyasında mühüm müzakirələr gedir və ona artıq sonuncu xəbərdarlıq olunub. Başçı ilə bağlı yeni xəbər yayılıb. Beyləqan sakinləri prezidentə müraciət ediblər və müraciətdə deyilir: “Beyləqan bazarına yaxın olan 1 saylı binanın qarşısını övladının törətdiyi cinayət işinə görə işdən çıxarılan Kərim Şəmiyev zəbt edib. Şəmiyevlər ailəsi Beyləqan rayonunda, mərkəzi bazarın bir hissəsində böyük tikinti malları satış mərkəzi tikdirir. Məlumata görə, hazırda tikinti işləri davam etdirilir. Onu da əlavə edək ki, Şəmiyevlər ailəsi uzun müddətdir ki, mərkəzi bazarda kommersiya işləri ilə məşğuldurlar. Əlavə edək ki, Şəmiyevlər ailəsi azyaşlı qızın intihar etməsində günahlandırılır. Belə ki, bu ilin aprel ayının 8-də Beyləqanda intihar etmiş 17 yaşlı məktəblinin üstündən çıxan məktubda intihar etmə səbəbi olaraq Beyləqan Maliyyə şöbəsinin büdcə idarəsinin rəisi Kərim Şəmiyevin oğlu Rəşad Şəmiyevi göstərib”. Məktubda qeyd olunub: “Əgər biz vətəndaş deyiliksə, o zaman evimizin açarlarını Vaqif Abdullayevə və Azil Aslanova təhvil verək. Bizi ya Sibirə ya da Qazaxıstana sürgün edin. Vaqif Abdullayev və Azil Aslanov deyirlər ki, gedin Heydər Əliyev parkında edin?! Bizim səsimiz prezidentə çatmır. Bəlkə biz doğurdanda ölülərimizi aparıb Heydər Əliyev parkında yuyaq”. Beyləqan rayonu Magistral küçəsi 1 saylı evin 200 nəfərlik sakinləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. Müraciətin sürətini pia.az-a ünvanlayan sakinlər bildirirlər ki, Beyləqanın icra başçısı Vaqif Abdullayev və Beyləqan Şəhər nümayəndəsi Azil Aslanov onların sovet dönəmindən yaşadıqları 5 mərtəbəli binanın həyətini hansısa sahibkara satıblar. 40 ailə başçısının imzaladığı müraciətdə bildirilir ki, icra başçısı öz nümayəndəsi Azil Aslanovun vasitəçiliyi ilə qanunsuz sərəncam imzalayaaraq 40 mənzilli və 200-dən artıq sakini olan binanın köməkçi qurğuları olan ümumi ayaqyolu, istilik qazanxansı, su və kanalizasia xətləri, 50 m3 yanğına qarşı su hovuzunu, uşaqların oyun meydançası, yaşıllıq və istirahət zonası olan həyət sahəsini hansısa «sahibkara» satıb və hazırda şəhər meri 1 salı evin həyətində həmin köməkçi qurğuları və yaşıllıqları məhv edərək ambar tikir. Sakinlər bildirir ki, bina və onun köməkçi qurğulavrı 1981-ci ildə istifadəyə verilib və orda hazırda yaşayanların əksəriyyəti təqaüdçülərdir və günün çox yarısını həyətdə istirahət edirdilər. Lakin indii icra baqçısı Vaqif Abdullayevin və onun nümayəndəsi Azil Aslanovun özbaşınalıqları uğbatından sakinlər normal yaşayış şəraitindən və istirahətdən mərhum olublar: «Beyləqan İcra hakimiyyəti bizim şikayətimizə cavab olaraq bildirir ki, güya ambar binası bizim həyətmizdən kənarda tikilir və məqsəd orda səliqə yaratmaqdır. Bu məmurları doğurdanda səliqə sahman maraqlandırsaydı, o zaman həmin ərazidə uşaqlar və yaşlılar üçün istirahət parkı yaradardılar. Daha səsli-küylü sexlər, iyli-qoxulu ambarlar tikməzdilər. Bizim yas yerlərimizə harda keçirək sualımıza isə Vaqif Abdullayev və Azil Aslanov deyirlər ki, gedin Heydər Əliyev parkında edin?! (red). Bizim səsimiz prezidentə çatmır. Bəlkə biz ölülərimizi aparıb Heydər Əliyev parkında yuyaq». Daha sonra müraciət sahibləri vətəndaş olaraq onların hüquqlarının qorunmasını dövlət orqanlarınlan tələb edirlər: «Biz Beyləqan İcra Hakimiyyətinə 6 kollektiv məktubla müraciət etmişik. Cənab prezident İlham Əliyev həmişə deyir ki, mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm. Məyər biz 200 nəfər bu ölkəninin vətəndaşları deyilik? Əgər deyiliksə, o zaman evimizin açarlarını Vaqif Abdullayevə və Azil Aslanova təhvil verək. Bizi ya Sibirə ya da Qazaxıstana sürgün edin”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?