Vaqif Abdullayev inaqurasiyadan sonra bütün idarə və müəsisə rəhbərlərinə yeni şərtlər tətbiq edib Beyləqanda bütün idarə və müəssisə rəhbərlərindən pul yığılmasının yeni şərtləri tətbiq olunub. Bu barədə Demokratiya.info-ya məlumat verən mənbələrin bildirdiyinə görə, Prezident İlham Əliyevin inaqurasiya mərasimindən sonra arxayınlaşan icra başçısı Vaqif Abdullayev bütün müəssisə rəhbərlərini başına yığaraq, onlarla yeni şərtlərlə işləyəcəyini çatdırıb.
Məlumatda deyilir ki, həmin yeni şərtlər isə pul yığımını əhatə edir. Belə ki, əgər əvəllər həmin qurumların rəhbərləri müəyyən məbləğdə aylıq pul çatdırırdılarsa, seçkilərdən sonra bu rəqəm artırılıb. Məlumata görə, bəzi idarə və müəssisə rəhbərləri üçün həmin artım 2 dəfəyə çatdırılıb.
İcra başçısı Vaqif Abdullayevin belə bir addım atmasının səbəbi kimi isə onun seçkilərdə bir qədər pul xərcləməsi göstərilir. İddia edilir ki, başçı həmin pulları çıxarmaq üçün müxtəlif variantlara baş vurmaqdadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?