GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İsgəndər Həmidovdan 15 may hadisələri ilə bağlı mühüm açıqlamalar

İsgəndər Həmidovdan 15 may hadisələri ilə bağlı mühüm açıqlamalar

Tarix: 15-05-2017, 14:12 Bölmə :--- Baxış: 606
İsgəndər Həmidovdan 15 may hadisələri ilə bağlı mühüm açıqlamalar


“Bizim hakimiyyətə gəlmək fikrimiz yox idi”

Bu gün - 1992-ci ilin 15 may hadisələrindən 25 il keçir. Xatırladaq ki, 1992-ci ilin mart ayında o zamankı Azərbaycan prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımı ilə əlaqədar davamlı istefa tələbləri qarşısında hakimiyyətdən istefa vermişdi. Prezident səlahiyyətlərini Ali Sovetin sədri Yaqub Məmmədov icra edirdi və ölkədə prezident seçkisi elan olunmuşdu.

May ayının 14-də isə Ayaz Mütəllibov qəfil geri qayıdaraq Ali Sovetin tribunasından hakimiyyətə döndüyünü elan etmişdi. Nəticədə gərgin vəziyyət yaranmış, Azərbaycan Xalq Cəbhəsinin öncüllüyü ilə xalq kütlələri meydanlara axışaraq ölkə Konstitusiyasının Ayaz Mütəllibov tərəfindən pozulduğu elan edilmiş və Ali Sovetin qarşısında nəhəng mitinq keçirilmişdi. Xalqın ayağa qalxması mayın 15-də Mütəllibovun yenidən hakimiyyətdən getməsi və Moskvaya qaçması ilə nəticələnmişdi.


O dövrdən indiyədək 15 may hadisələrinə münasibət birmənalı olmayıb. Məlum hadisələr ya xalq inqilabı, ya postsovet məkanında ilk məxməri inqilab, ya konstitusiyanın müdafiəsi hərəkatı, ya da dövlət çevrilişi kimi qiymətləndirilib. 15 may hadisələrinin əsas iştirakçılarından, meydanda öndə olanlardan biri də o zamankı AXC-nin liderlərindən biri İsgəndər Həmidov idi. Həmin hadisələrdən sonra daxili işlər naziri olan İsgəndər Həmidovla 25 il öncə baş verənlər barədə danışdıq.


İsgəndər Həmidov bildirdi ki, 1992-ci il mayın 15-də AXC-nin dövlət çevrilişi etdiyi barədə iddialar əsassızdır: “Çünki əslində dövlət çevrilişini Ayaz Mütəllibov mayın 14-də həyata keçirmişdi. Ayaz Mütəllibov 1992-ci ilin martında səhhətinə görə prezident vəzifəsindən istefa vermişdi. Prezident səlahiyyətini Ali Sovetin sədri Yaqub Məmmədov həyata keçirirdi. Təxminən iki ay sonra-mayın 14-də Mütəllibov qəfildən geri dönərək güc yolu ilə Ali Sovetin binasına daxil olmuş və hakimiyyətə qayıtdığını elan etmişdi. O zamankı konstitusiyada istefa vermiş prezidentin sonradan geri qayıdıb özünü prezident elan etməsi nəzərdə tutulmurdu. Mütəllibov isə həmin addımı atmaqla konstitusiyanı pozmuş və dövlət çevrilişi etmiş oldu. Ayaz Mütəllibov və tərəfdarları aşkar şəkildə dövlət çevrilişi etmişdilər. Ölkədə dövlət çevrilişi həyata keçirildiyini görən xalq və onun aparıcı qüvvəsi Xalq Cəbhəsi konstitusiyanın bərpasına nail olmaqdan ötrü Ali Sovetin qarşısına yürüş-mitinq elədi. Bu yürüş-mitinq dövlət çevrilişi deyildi, dövlət çevrilişinin qarşısını almaq və konstitusiyanı pozanları geri oturtmaq üçün xalqın mübarizəyə qalxması idi. O dövrdə xalq hərəkatının aparıcı qüvvəsi olan AXC-nin qərargahının qarşısına xalq yığıldı və 15 mayda konstitusiyanın bərpası çağırışı ilə Ali Sovetə yürüş oldu. Bu hadisədə heç bir dövlət çevrilişindən, güc tətbiqindən söhbət gedə bilməz. Bir nəfərin belə burnu qanamadan dinc bir yürüş-mitinq keçirildi. 1 milyondan yuxarı insan bu yürüş-mitinqə qatılmışdı. Ona görə də cəmi bir gün öncə dövlət çevrilişi edib hər kəsi hədələyən Ayaz Mütəllibov qaçdı. Sonra isə Ali Sovetin sədri Yaqub Məmmədov istefa verdi və İsa Qəmbər mayın 17-də Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini müvəqqəti icra etdi, mən daxili işlər naziri, Tofiq Qasımov isə xarici işlər naziri oldu. Xalqın ayağa qalxması ölkə konstitusiyasının pozulmasının qarşısını aldı. Azərbaycanda məxməri inqilab 1989-cu ildən başlanmışdı və bu məxməri inqilab Azərbaycanın müstəqilliyinin əldə olunmasına nail ola bildi”.


Ayaz Mütəllibov və bir sıra şəxslərin 15 may hadisəsini AXC-nin silah gücünə həyata keçirdiyi dövlət çevrilişi adlandırmasına gəlincə, İsgəndər Həmidov vurğuladı ki, Mütəllibov daim bu fikri təkrarlamaqla özünün həyata keçirdiyi dövlət çevrilişini pərdələməyə çalışır: “Ayaz Mütəllibov təbiətcə çox qorxaq, cılız bir siyasətçi olub. Qorxaqlığına və konstitusiyanı pozmasına həmişə bəhanələr axtarıb. Öz qorxaqlığının üstün malalamaqdan ötrü 25 ildir deyir ki, AXC tankla gəlib onu devirdi. Halbuki, 15 mayda heç bir dövlət çevrilişi, inqilab olmamışdı. Hakimiyyəti zəbt edən Mütəllibovun bu qanunsuz hərəkətinin qarşısını almaqdan söhbət gedirdi və qarşısı alındı. Milyon yarım adam ayağa qalxıb bunu etdi”.

“15 may olmasaydı, Azərbaycan ikinci 28 apreli yaşaya bilərdi...”

Sabiq daxili işlər naziri xatırlatdı ki, Ayaz Mütəllibovun geri qayıdışı Mütəllibovun siyasətçi kimi savadsızlığından və Moskvadakı havadarlarının təzyiqindən irəli gələn hadisə idi: “Moskvadakı dairələr Azərbaycanın müstəqilliyini qəbul edə bilmirdilər və Azərbaycanı yenidən Rusiyaya tabe etdirməyə çalışırdılar. Mütəllibovun hakimiyyəti zəbt etməsi bu planın həyata keçirilməsi üçün idi. Bu baxımdan 15 may olmasaydı, Azərbaycan ikinci 28 apreli yaşaya bilərdi. Lakin xalqımız buna imkan vermədi. Ayaz Mütəllibov mayın 14-də Ali Sovetin kürsüsündən xalqı və bizi hədələdi. Dedi ki, görün başınıza nə oyun açacağam. Lakin onu buna vaxtı, imkanı olmadı. Mayın 15-də saat 12-də xalqın Ali Sovetin qarşısına yürüşü başladı. Orada mənim bir çıxışım oldu. Bəyan etdim ki, dilemma qarşısındayıq - ya olum, ya ölüm, mən şərəfli ölümü seçirəm. Yalnız mənim çıxışım oldu və xalq Ali Sovetin önünə üz tutdu. Yürüşdə Əbülfəz Elçibəy yox idi. İsa Qəmbər, Pənah Hüseyn, Tahir Kərimli, Əli Kərimli, Arif Hacılı və digər tanınmış insanlar orada idi. Bizim bütün deputat korpusumuz xalqın önündəydi”.
“1992-ci ilin 6 martında Ayaz Mütəllibov istefa vermişdi. AXC nə üçün məhz həmin vaxt hakimiyyətə gəlmədi” sualına İ.Həmidov belə cavab verdi: “Bizim hakimiyyətə gəlmək fikrimiz yox idi. AXC-nin məqsədi hakimiyyətə gəlmək deyildi. AXC-nin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq-buna artıq nail olunmuşdu-və xalqın mütəşəkkilliyini təşkil edib ərazi bütövlüyümüzü qoruyub saxlamaq idi. Ayaz Mütəllibovun istefasından sonra üç ya müddətində prezident seçkisi nəzərdə tutulurdu. Hansı qüvvə həmin seçkidə hakimiyyətə gəlsəydi o da iqtidar olacaqdı. Biz seçki yolu ilə hakimiyyət formalaşmasının tərəfdarı idik. Düşünmürdük ki, nəyin bahasına olur-olsun mütləq AXC hakimiyyətə gəlməlidir. AXC-nin hakimiyyətə gəlməsi 1992-ci ilin 7 iyununda keçirilən qanuni prezident seçkilərində Əbülfəz Elçibəyin prezident seçilməsi ilə baş verdi. O vaxta qədər Ali Sovetin sədri, iki-üç nazir AXC-dən idi, qalan nazirlər isə əvvəlki hakimiyyətin kadrları idi. Hətta Ayaz Mütəllibovun baş nazir təyin etdiyi Rəhim Hüseynov AXC hakimiyyəti dövründə də həmin vəzifədə işlədi. AXC-nin hakimiyyətə gəlişi seçki nəticəsində baş vermişdi”.


“Zaman-zaman belə fikirlərə rast gəlirik ki, Xalq Cəbhəsi hakimiyyətə bir qədər gec gəlsəydi, aralıq dövrdə başqa bir qüvvə hakimiyyət olsaydı və bundan sonra Xalq Cəbhəsi iqtidara gəlsəydi, hakimiyyətin ömrü uzun olacaqdı. Sizcə AXC vaxtından əvvəl hakimiyyətə gəlmişdi” salına isə İ.Həmidov belə cavab verdi: “AXC hakimiyyətə gəlmədi. AXC-ni xalq hakimiyyətə gətirdi. Biz xalqın seçimi ilə üz-üzə qaldıq, xalq tələb edirdi ki, AXC hakimiyyətə gəlməlidir və xalq öz istəyini həyata keçirdi. Əbülfəz bəy də bunu nəzərdə tutub deyirdi ki, mən hakimiyyətə gəlmək istəmirdim, məni xalq hakimiyyətə gətirdi. Xalq diktə etdi və bizi hakimiyyətə gətirdi, bizim hakimiyyətə gəlmək fikrimiz olmayıb”.


İsgəndər Həmidov üstündən 25 il keçdikdən sonra geriyə baxanda peşmançılıq hissi yaşamadığını söylədi: “Tam səmimi deyirəm ki, əgər yenidən anadan olsaydım və bilsəydim ki, qarşıda ağır bir mübarizə, həbsxana həyatı, məhrumiyyətlər var, yenə də o yolu seçərdim. Biz bir an da peşman deyilik. Ölkənin müstəqilliyindən gözəl nə ola bilər. Biz müstəqilliyimizə nail olmuşuq. Bunun nəticəsində ordumuz, pul vahidimiz, dövlət sərhədimiz, himnimiz, bayrağımız, gerbimiz var, dünya birliyinin üzvüyük. Bunlara qazanan insanlar peşmançılıq keçirməzlər, qürur hissi keçirərlər. Keçdiyim həmin mübarizə yolundan peşman deyiləm və yoldaşlarım da peşman deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov nəvəsinə toy edib

    Ayaz Mütəllibov nəvəsinə toy edib ...

    21-01-2014, 12:10

  • 
  • Ayaz Mütəllibova qarşı İTTİHAM

    Ayaz Mütəllibova qarşı İTTİHAM ...

    21-11-2013, 14:30

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan müsahibə almamalıdır”

    “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan ...

    10-12-2015, 14:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (170)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu